Prezident İlham Əliyev Anar İsgəndərovla bağlı sərəncam verdi

img

11-01-2016 [18:44]


Azərbaycan prezidenti İlham Əliyev Anar Camal oğlu İsgəndərovun III dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 Tarix elmləri doktoru A. İsgəndərov Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə təltif edilib.

Anar İsgəndərov 1956-cı ildə Masallı rayonunun Kolatan kəndində anadan olub.

1984-cü ildən BDU-nun «Mənbəşünaslıq, tarixşünaslıq və metodika» kafedrasında çalışır. 1999 cu ildən Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasına müdir seçilib.

İlk dəfə olaraq 1917-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımın tarixşünaslığı tədqiq olunaraq Azərbaycan ictimaiyyətinə çatdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA