Nazir əvəzi daha bir direktoru işdən çıxardı - Təyinat

img

11-01-2016 [14:18]


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov vəzifəsindən azad edilib.

Mia.Az Xeberler.az-a istinadən xəbər verir ki, Nail Mərdanovun yerinə artıq yeni təyinat da olub.

Belə ki, Elnar Əsədov MHM-in direktoru vəzifəsinə təyin edilib.

Məlumata görə, adı çəkilən qurumda direktor müavinlərinin də işdən azad olunduğu bildirilir.

Nail Mərdanov 2004-cü ildən MHM-də direktor vəzifəsində çalışırdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA