11-01-2016 [12:36]
Azərbaycan bankları faiz dərəcələri və kreditlərin ödənilməsi müddəti ilə bağlı müqavilələrə yenidən baxılması çərçivəsində valyuta kreditlərinin restrukturizasiyasını həyata keçirəcək.
Bunu Trend-ə Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, kredit borcunun ödənilməsi müddətinin uzadılması ilə əlaqədar müştərinin imkanına uyğun yeni ödəniş qrafikinin formalaşdırılması tələb olunur: "Bununla belə, hər bir müştəriyə qarşı fərdi yanaşma lazımdır, çünki müştərilərin imkanları fərqlidir”.
Z.Nuriyev qeyd edib ki, banklara öz vəsaitləri hesabına köhnə və yeni məzənnə arasında fərqi qarşılamaq çətin olacaq, buna görə də hər bir bank müştərilərə köhnə məzənnə ilə kredit borclarını qaytarmaq imkanı yarada bilməz.
ABS rəhbəri diqqətə çatdırıb ki, hazırda Assosiasiya restrukturizasiya məsələləri üzrə banklarla müntəzəm danışıqlar aparır: "Bildirmək istəyirəm ki, heç bir bank müştəriləri ilə kreditlər üzrə məzənnə siyasətinin hər hansı dəyişikliyini müzakirə etmir. Qeyd etmək lazımdır ki, banklar bunu edə də bilməz. Azərbaycan Mərkəzi Bankı yeni məzənnə müəyyənləşdirdikdən etibarən məzənnə avtomatik olaraq balansa daxil edilir və balans avtomatik olaraq yeni məzənnə üzrə hesablanır. Banklar hər hansı digər məzənnəni öz istəyi ilə daxil edə bilməz, bu, sadəcə mümkün deyil".
Onun sözlərinə görə, bankların yeni məzənnəyə uyğun olaraq valyuta kreditləri üzrə ödənişləri yenidən hesablaması nəticəsində yaranmış fərqin Mərkəzi Bankın vəsaitləri hesabına qarşılamaqla bağlı təkliflər artıq Azərbaycan hökumətinə göndərilib: "Bu, ötən il manatın məzənnəsinin dəyişməsindən sonra Mərkəzi Bankın valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi nəticəsində yaranmış 3 milyard manat vəsait hesabına mümkündür. Lakin tənzimləyicidən hələ heç bir cavab daxil olmayıb”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi