Vasif Talıbovun həyat yoldaşının səhhəti pisləşdi - "Donuz qripi" təhlükəsiylə Türkiyəyə aparıldı

img

11-01-2016 [11:13]


Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun həyat yoldaşı Sevil Talıbova donuz qripinə yoluxma təhlükəsi ilə təcili Türkiyəyə aparılıb.

Bu barədə Türkiyənin "Milliyet” qəzeti məlumat yayıb. Məlumatda qeyd edilir ki, Sevil Talıbovanın səhhəti ağırlaşdığı üçün Türkiyə Səhiyyə Nazirliyindən yardım istənilib. Türkiyədən gələn həkimlərin ilkin müdaxiləsindən sonra xəstə helikopter ilə İbn Sina Xəstəxanasına götürülüb.

Vasif Talıbov və uşaqları isə onların ardınca digər helikopterlə Ankaraya gediblər.

Ağciyərində problem yaranan 55 yaşlı diabet xəstəsi S.Talıbovanın hazırda səhhətinin yaxşılaşdığı qeyd edilir.

Vasif Talıbovun arvadının səhhəti pisləşdi -  Təcili Türkiyəyə aparıldı

Qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA