BTRİB-də yeni direktor əvəzi - Razi Tağıyevə vəzifə verildi

img

11-01-2016 [01:05]


Rabitə və yüksək Texnologiyalar Nazirliyinə məxsus Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) yeni rəhbər təyin edilib.

Fins.az-ın məlumatına görə, nazirliyin «Aztelekom» İstehsalat Birliyinin marketinq və satış departamentinin rəisi Razi Tağıyev BTRİB-in texniki direktoru təyin olunub və birliyin direktoru vəzifələrini müvəqqəti icra etməyə başlayıb.

İndiyədək İB-nin texniki direktoru olan və quruma rəhbərlik edən Rəsul Qurbanov vəzifəsindən azad edilib. R.Qurbanov Yasamal Telefon Qovşağına baş mühəndis təyin edilib.

Onu da qeyd edək ki, BTRİOB-in baş direktoru Beytulla Hüseynov həbs edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA