10-01-2016 [20:24]
"Bu gün cənab Prezident İlham Əliyev "Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası”nda xalqın gözlədiyi vacib qərarların anonsunu verdi".
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib.
A. Quliyev deyib ki, dövlət başçısının iclasda səsləndirdiyi tezislər və verdiyi tapşırıqlar dünyada baş verən proseslərə və ölkədə mövcud olan iqtisadi, siyasi və sosial duruma tam adekvatdır və əminəm ki, biz bu qərarların tezliklə müsbət nəticələrini hiss edəcəyik:"Cənab Prezidentin çıxışı Azərbaycanın yeni mərhələyə keçidi baxımından çox önəmlidir. Bu mərhələ neftdən asılı olmayan güclü iqtisadiyyat, çevik idarəetmə və islahatlar dövrü olacaqdı".
Onun sözlərinə görə, dövlət başçısının qəbul etdiyi qərarlar 5 əsas nəticənin əldə olunmasına hesablanıb:
"Bunu həm də Prezidentin anti-böhran proqramı da adlandırmaq olar:
-Pensiya və əmək haqlarının istehlak səbətinə uyğun olaraq artırılması;
- Struktur islahatlarının aparılması və çevik idarəetmə mexanizmlərinın yaradılması;
- İqtisadi və sosial həyatın bütün sahələrində qərar qəbulu prosesinın "ASAN”laşması, büdcə vəsaitinin səmərəli istifadəsi, maliyyə nəzarətinin gücləndirilməsi və bu sahədə şəffaflığın tam təmin olunması;
- Süni bahalaşma ilə mübarizənin gücləndirilməsi və bu hala yol verənlərə qarşı təkcə inzibati deyil, eyni zamanda cəza tədbirlərinin də görülməsi;
- Biznes mühitini yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarında şəffaflığın təmin olunması, bank sektorunda islahatların aparılması və tikinti sahəsində açıq tenderlərin keçirilməsi".
A. Quliyev vurğulayıb ki, dövlət başçısı yuxarıda qeyd olunan bütün məsələlərə ictimai nəzarət mexanizmlərinin tam olaraq tətbiqini və mətbuatın bu işlərə yaxından dəstək verməsini xüsusi olaraq qeyd edib:"Diqqət çəkən məqamlardan biri də odur ki, cənab Prezident Rusiya-Türkiyə və İran-Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginləşməsindən narahatlığını ifadə edərək Azərbaycanın regionda sabitləşdirici roluna toxunub və bölgədə risklərin azalmasına töhvə verə biləcəyini bildirib".
Millət vəkili həmçinin qeyd edib ki, sonda dövlət başçısının Yaxın Şərqdə gedən vətəndaş müharibəsi nəticəsində qaçqınların üz tutduğu Avropada radikal meyllərin artmasının, islamafobiya və sivilizasiyalararası anlaşılmazlıqların və toqquşlmaların Azərbaycanı da narahat etməsini xüsusilə vurgulayıb:"Bu baxımdan cənab Prezident tərəfindən 2016-cı ilin Azərbaycanda "Multukulturalizm ili” elan edilməsini doğru addım hesab edirəm. Düşünürəm ki, bu gün verilən tarixi qərarların və planlaşdırılan islahatların uğurla həyata keçirilməsində hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməli, milli maraqlar hər şeydən üstün tutulmalı və siyasi baxışından asılı olmayaraq hamı Prezidentin bu təşəbbüsünə ictimai dəstək verməlidir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi