Ramil Usubov DİN generalının oğlunu işdən çıxardı

img

09-01-2016 [18:05]


Daxili işlər naziri (DİN) Ramil Usubov Suraxanı Rayon Polis İdarəsinin Yol Polis Bölməsinin rəisi, mayor Emin Məmmədovu vəzifəsindən azad edib.

Mia.az aznews.az-a istinadən xəbər verir ki, nazirin digər sərəncamı ilə onun yerinə mayor Sadiq Abbasov təyini olunub. 

Emin Məmmədovun vəzifədən azad edilməsinə səbəb kimi, onun barəsində çoxsaylı şikayətlərin olması göstərilir.

Qeyd edək ki, işdən çıxarılan rəis nazirin keçmiş müavini, general-leytenant Əsgər Ələkbərovun oğludur (Daha dəqiqi, oğulluğu).

Əsgər Ələkbərov 2001-ci ildən 2014-cü ilə kimi Daxili İşlər Nazirinin müavini vəzifəsində çalışıb. Onun 5 övladı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA