08-01-2016 [17:05]
Xəbər verdiyimiz kimi, bu gün siqaretlərin pərakəndə satış qiyməti dekabrın 21-də Mərkəzi Bankın İdarə Heyətinin üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra ikinci dəfə kəskin qaldırılıb.
Mia.az Virtualaz.org-a istinadən xəbər verir ki, səhər saatlarında baş verən qiymət artımından sonra metronun "28 May” stansiyasının yaxınlığındakı əsas topdansatış mərkəzlərində siqaret satışı dayandırılıb.
Topdansatış mərkəzinin satıcısı Aydın Məmmədov bildirib ki, firmalar bu gün səhərdən qiymət artımı ilə bağlı məlumat veriblər: "Qiymətlər təxminən 20-50 qəpik arasında dəyişir. Yəqin ki, yaxın zamanlarda şərab, araq və pivələrin qiyməti də artacaq. Çünki siqaret bahalaşan kimi spirtli içkilərin qiyməti də dəyişir”.
Topdansatış mərkəzinin digər satıcısı Nəsib Alıyev bu gün sifariş qəbul edildiyini dedi: "Qiymət dəyişəndən sonra müəyyən çaşqınlıq yaranır. Amma sifariş verə bilmirik. Ümid edək ki, bu sonuncu addım olsun. Dollar 2 manatadək bahalaşarsa, yenidən qiymət artımına gedəcəklər”.
Nəsimi rayonu, Dilarə Əliyeva küçəsindəki bütün mağazalarda siqaret satışı dayandırılıb. Mağazaların vitrinindən siqaretlər yığışdırılıb.
Mağazanın satıcısı Səbinə Hüseynova firmaların bu gün siqaret gətirmədiyini dedi: "Bu gün siqaret gətirməyiblər. Qiymətlər tam müəyyənləşəndən sonra satış olacaq. Bizə təxminən 18-20 faiz bahalaşma olacağını dedilər. Hələlik gözləyirik”.
"Arzum” mağazasının satıcısı da siqaret satmadıqlarını söylədi: "Biz siqaret satışını dayandırmışıq. Sabah satılıb-satılmayacağını da bilmirik”.
Siqaret bahalaşandan sonra əksər köşklər də satışı dayandırıb. Bəzi köşklərdə isə yeni qiymətlər tətbiq edilir.
"28 May” küçəsindən Nizami küçəsinə qədər 6 köşk var. Siqaretlərin tək-tək satışı 30-35 qəpiyədir. Qiymətlər isə 50-60 qəpik bahalaşıb.
Metronun "28 May” stansiyasının qarşısındakı köşkün Əli adlı satıcısı qiymət artımının alıcılar tərəfindən narazılıqla qarşılandığını dedi: "Alıcılar elə bilirlər ki, qiymətləri biz artırmışıq. Çoxu narazılıq edirlər, hətta söyənlər də var. Artıq alıcı qıtlığı hiss olunur”.
"Winston Classik” 50 qəpik bahalaşaraq 3 manat 20 qəpik olub. "Davidoff” 3 manat 50 qəpik, "Davidoff”-qalın 3 manat 80 qəpik, "West” 2 manat 60 qəpikdən satılır. "Kent” siqaretləri 3 manat 50 qəpikdən - 4 manatadəkdir. "Viceroy” siqaretlərinin qiyməti 1 manat 50 qəpik- 2 manat 20 qəpik arasında dəyişir.
"Neptun” marketin Nəsimi şöbəsində siqaret satışı var. Lakin vitrində qiymət vurulmayıb. Siqaretlərin yeni qiymətlə satıldığı yalnız alış zamanı məlum olur.
Bir daha qeyd edək ki, siqaretin bahalaşması ilə bağlı açıqlama yayılıb. Açıqlamadan belə bəlli olur ki, bu qiymət artımı ilin axırıncı bahalaşması olmaya bilər.
Hələlik isə satıcılar da narazıdılar, alıcılar da...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi