“Mediaya tibbi dəstək” - “Azərbaycan - İsrail” Beynəlxalq Tibb Mərkəzindən yeni kampaniya

img

08-01-2016 [16:46]


"Azərbaycan - İsrail” Beynəlxalq Tibb Mərkəzi 09.01.2016-cı il saat 11-00-dan başlayaraq "Mediaya tibbi dəstək” adlı xeyriyyə aksiyasına start verir. 

Aksiyaya korporativ dəvət əsasında təşrif buyuracaq media nümayəndələrinin tam tibbi müayinəsi həyata keçiriləcək. 

Xeyriyyə aksiyası çərçivəsində klinika rəhbərliyi ilə tədbirdə iştirak edəcək jurnalistlərin yaxından tanışlığı və fikir mübadiləsi üçün də şərait yaradılacaq. Həmçinin media nümayəndələrində ortaya çıxacaq hər hansı bir xəstəliyin müalicəsi üçün də, klinika tərəfindən lazımı məsləhətlər veriləcək və köməklik göstəriləcək. 

"Mediaya tibbi dəstək” xeyriyyə aksiyasına təşkilati və informasiya dəstəyini "Azinforum.az” saytı verir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA