Yeni nazir Əli Əhmədovun bacısı oğluna vəzifə verdi

img

08-01-2016 [15:56]


Sübhan Kazımov "Azərpoçt” MMC-nin baş direktorunun səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib.

"Trend”-in məlumatına görə, bunu MMC-dən deyiblər.

S.Kazımov "Azərpoçt”da 2002-ci ildən işləyir. O əvvəlcə MMC-nin Texniki şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004-cü ilin iyulundan isə "Azərpoçt” MMC-nin baş direktorunun müavini vəzifəsini tutur.

Mia.az xəbər verir ki, S.Kazımov Baş nazirin müavini, məşhur YAP-çı Əli Əhmədovun bacısı oğludur.

Saytımızı məlumatlandıran şəxs onu da deyir ki, bu müvəqqəti əvəzetmə də yeni xəbər deyil. Sübhan Kazımov Qənbər Bəyabalayevin həbs olunduğu tarixdən "Azərpoçt"da baş direktor vəzifəsini icra edir: "O, Bəybalayevin həbsindən bir neçə gün sonra onun kabinetinə köçdü. Hazırda özünü müvəqqəti deyil, elə faktiki rəhbər kimi də aparır".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA