07-01-2016 [20:48]
"Ermənistan-Azərbaycan münaqişəsi müharibə müstəvisinə daxil olduğu dövrdən Rusiya öz narahatlığını heç vaxt indi olduğu formada ifadə etməmişdi”.
Bunu Strateq.az-a açıqlamasında hərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədli deyib.
R. Məmmədli bildirib ki, cəbhədə vəziyyət 2014-cü ilin iyul-avqust aylarından gərginləşməyə doğru getməyə başlasa da, rəsmi Moskva buna ciddi reaksiya verməyib: "Diqqət yetirdinizsə, nə həmin vaxt, nə də ondan sonra Dağlıq Qarabağda, hətta Ermənistan-Azərbaycan dövlət sərhəddində baş verən toqquşmalarda rəsmi Moskva narahatlığını dilə gətirən bəyanat verməmişdi. Ancaq Rusiyanın Su-24 döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından, bundan sonra isə bu iki ölkə arasında yaranan gərginlikdən sonra rəsmi Moskvadan narahatlıq bəyanatları səslənməyə başladı. Əvvəlcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja, onun ardınca isə Rusiya xarici işlər nazirinin müavini Qriqor Karasin təxminən eyni məzmunlu açıqlamalar verdilər”.
R.Məmmədlinin sözlərinə görə, hər iki şəxs rəsmi Moskvanın mövqeyini dilə gətirərək, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində iriçaplı silahlardan – toplardan istifadə olunmasından narahat olduqlarını söyləyiblər. Həmçinin, münaqişənin aktiv hərbi əməliyyatlar fazasına keçməsindən ehtiyat etdiklərini bildiriblər: "Məsələ burasındadır ki, artıq dünyada Rusiyaya qarşı iqtisadi və hərbi təzyiqlər artıb. Bu gün Rusiya Ukrayna və Suriyada hibrid müharibə aparır. Bundan başqa, de-fakto Gürcüstanın da ərazisi olan Abxaziya və Osetiya Rusiya Ordusu tərəfindən ilhaq edilib. Yaxın tarixdən məlumatı olanlar da yaxşı bilir ki, Dağlıq Qarabağ da Ermənistan tərəfindən açıq və ya gizli şəkildə Rusiya hərbi imkanları hesabına işğal edilib. Hətta birbaşa da demək olar ki, Rusiya Dağlıq Qarabağın işğalında əsas güc amili olub. İqtisadçı ekspertlərin hesablamalarına görə, son iki ildə Rusiya Ukraynada milyon dollarlarla vəsait və minlərlə canlı qüvvə itirib. Suriyada da proses ona doğru gedir. Hər gün Rusiyadan Suriyadakı hərbi bazalara milyon dollarlar həcmində silah və digər vasitələr daşınır. Rusiyanın müttəfiqləri isə bu məsələdə ona ciddi iqtisadi dəstək ola bilməzlər”.
R. Məmmədli qeyd edib ki, Su-24 hadisəsindən dərhal sonra dünya mediasında "Türkiyə Gürcüstana Abxaziyada, Azərbaycana isə Dağlıq Qarabağda başlanacaq hərbi əməliyyatlarda dəstək verəcək” kimi xəbərlər yer aldi: "Bilirik ki, əgər Azərbaycan işğal olunmuş ərazilərini geri qaytarmaq üçün hərbi əməliyyatlara başlayarsa, istər-istəməz müttəfiq ölkə kimi Rusiya Ermənistana hərbi dəstək verəcək və bunu gizlətmək də mümkün olmayacaq. Abxaziya məsələsində də eyni ssenari həyata keçiriləcək. Rusiyanın qorxduğu və narahat olduğu əsas amillərdən də biri Türkiyənin həm Gürcüstana, həm də Azərbaycana bu prosesdə hərbi dəstək verə bilməsidir. Yəni belə vəziyyətdə Rusiyanın daha 4-5 cəbhədə müharibə aparması real görünmür. Bu səbəbdən də başı Suriya və Ukraynada müharibələrə qarışmış Rusiyanın Dağlıq Qarabağa və Abxazyaya hərbi əməliyyatlara cəlb edilməsi rəsmi Moskva üçün yolverilməzdir. Fikrimcə, Rusiya heç bir halda Türkiyə ilə döyüş meydanında üz-üzə gəlmək istəməz”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi