Bakıda nağd dolların satış məzənnəsi 1,80 manata yüksəldi

img

07-01-2016 [16:22]


Bakı şəhərinin 28 May küçəsində yerləşən valyutadəyişmə məntəqələri üzrə saat 16:00 radələrində apardığı monitorinq nəticəsində nağd ABŞ dollarının alış-satış məzənnələrinin yenidən artdığı qeydə alınıb.

Əksər "exchange"lərdə 1 ABŞ dollarının alışı 1,72 manat, satışı isə 1,80 manata aparılır. 
Qeyd edək ki, günün ilk yarısında valyutadəyişmə məntəqələrində dolların alış-satış məzənnələri 1,67-1,75 AZN/USD olub. Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məzənnəsi dünənki səviyyədə - 1,5626 AZN/USD qalsa da, bu gün keçirilən valyuta hərracında tələbin yalnız 19% qarşılanması nəticəsində valyuta bazarında yenidən ajiotaj yaranıb.

Valyuta hərracları vasitəsilə mütəşəkkil bazarda kommersiya banklarına dollar kütləsi satan AMB satışı "ən yaxşı təklif" prinsipi ilə həyata keçirir. Dekabrın son günlərində gündəlik 100 mln. dollara yaxın valyuta satan AMB-nin mütəşəkkil valyuta bazarına intervensiyasının bu gün zəiflədiyi diqqətə çarpıb.
Report.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA