06-01-2016 [16:19]
"15 ildir mənim Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Rusiya ərazisində gördüyüm işlər hamıya məlumdur. Mən 2000-ci illərdə "Starıy ploşad"da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mitinq keçirəndə indi özünü vətənpərvər adlandıranlar haradaydılar?..”
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında "Azərros" Federal Milli Mədəni Muxtariyyətinin sabiq prezidenti Söyün Sadıqov deyib. O, Rusiya Dövlət Dumasına təqdim olunan və "erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin əleyhinə çıxmamaları üçün azərbaycanlıların regional təşkilatlarına təsir göstərməsi barədə yayılan məlumatların yalan olduğunu söyləyib:
"Mən diaspor fəaliyyəti ilə çoxdandır ki, məşğul olmuram. Azərbaycan diasporundan getmişəm. İndi başqa işlə, daha praqmatik siyasətlə məşğulam. Diaspor təşkilatlarımızın rəhbərləri və nümayəndələri ilə ancaq bayramlarda zəngləşib, bayramlaşırıq. Son vaxtlar aramızda diasporun fəaliyyəti ilə bağlı heç bir söhbət olmayıb. Mənim haqqında belə informasiya yayanları anlamıram, heç anlamaq da istəmirəm. Həmin adamlar yalan və böhtan yazmağa öyrəşmiş adamlardır".
S. Sadıqov "Ədalətli Rusiya" Partiyasının sədri Sergey Mironov tərəfindən Dövlət Dumasına təqdim olunan "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin bir partiyanın siyasi gedişi olduğunu bildirib:
"Əvvəla, qeyd edim ki, Rusiya "erməni soyqırımı"nı rəsmən tanıyıb. Ötən il Rusiya prezidenti də İrəvanda keçirilən "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı tədbirə gedərək Rusiyanın mövqeyini bir daha ortaya qoyub. O ki qaldı Mironovla Leviçevin hazırladığı qanun layihəsinə, onu deyə bilərəm ki, bu, bir siyasi partiyanın erməni diasporundan pul almaq üçün atdığı addımdır. Bu yaxınlarda Sergey Mironovla da görüşdüm. Ona da dedim bu barədə. 2016-cı ildə Rusiyada seçki ilidir. Bundan öncəki seçkilərdə Sergey Mironovun rəhbərlik etdiyi "Ədalətli Rusiya” Partiyası səslərinin çoxunu itirmişdi.
Görünür, Rusiyadakı erməni diasporunun səsini və pulunu qazanmaq üçün bu addımı atırlar. Bu qanun layihəsini "Ədalətli Rusiya” Partiyasından başqa heç bir partiya və deputat dəstəkləməyəcək. Bildiyiniz kimi, qanun layihəsi artıq Dumaya təqdim olunub. Üstündən də xeyli vaxt keçib. Əgər "yuxarı"lardan əmr gəlsəydi, qanun layihəsi çoxdan qəbul olunardı. Bu qanun layihəsi heç vaxt qəbul edilməyəcək. Çünki Dövlət Dumasında çox ağıllı və müdrik adamlar təmsil olunur. Onlar yaxşı başa düşürlər ki, belə bir qanunun qəbulu Azərbaycanı və Rusiyada yaşayan azərbaycanlıları Rusiyadan incik sala bilər. Onlar yaxşı başa düşürlər ki, ortada Xocalı soyqırımı da var. Eyni münasibəti bu hadisəyə də sərgiləmək məcburiyyətində qalacaqlar. Bu səbəbdən də, Azərbaycan diasporu bu məsələdə heç bir ajiotaja yol verməməlidir, diasporumuzun bəzi nümayəndələri ucuz vətənpərvərliyə son qoymalıdırlar”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi