06-01-2016 [13:21]
Mayın 1-dən qüvvəyə minməsi gözlənilən yeni İnzibati Xətalar Məcəlləsində (İXM) ciddi konseptual dəyişikliklər olmasa da, bəzi maraqlı məqamlar da var. Onlardan biri sürücülərlə piyadaların qarşılıqlı münasibəti ilə bağlıdır.
Məlumdur ki, hazırda sürücülərin piyadalar barəsində, daha doğrusu piyada keçidində hərəkətlə bağlı qaydaları pozduğu halda şəraitdən asılı olaraq, daha çox İXM-in iki maddəsi ilə inzibati məsuliyyət yarana bilər:
1. Yolayrıcından kənardakı nizamlanmayan (svetoforsuz) piyada keçidində piyadaya yol verməməyə görə sürücülər İXM-in 151-3-cü maddəsi ilə 50 manat cərimə olunurlar;
2. Yolayırıcında sağa və ya sola dönərkən döndüyü yolu keçməkdə olan piyadaya yol verməyən sürücülər İXM-in 151.2-ci maddəsi üzrə yolayrıcını keçmə qaydalarını pozmaya görə 60 manat cərimə olunurlar və onlara 3 cərimə balı yazılır.
Yeni Məcəllə bu qarışıqlığa birdəfəlik son qoyaraq vahid bir maddədə piyadaya yol verməyən sürücü üçün məsuliyyət nəzərdə tutur. Özü də sürücülərin məsuliyyətini əhəmiyyətli dərəcədə yüngülləşdirməklə. Belə ki, Məcəllə qüvvəyə minəndən sonra istər yolayrıcında dönərkən, istərsə də yolayrıcından kənarda nizamlanmayan keçiddə piyadaya yol verməyən sürücü 50 manat cərimə olunacaq. Buna görə də heç bir cərimə balı nəzərdə tutulmur.
Yeni maddənin ən mühüm özəlliyi isə odur ki, piyadaya yol verməməyin normativ anlayışı nəzərdə tutulur. Bu zaman yol verməmənin klassik anlayışı əsas götürülməklə qeyd olunur ki, sürücünün piyadaya yol verməməsi onun idarə etdiyi nəqliyyat vasitəsinin hərəkətini davam etdirəcəyi və ya yenidən hərəkətə başlayacağı təqdirdə piyadanın öz hərəkət sürətini və ya hərəkət istiqamətini dəyişməyə məcbur olması kimi başa düşülməlidir(Avtosfer.az).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi