06-01-2016 [12:04]
"Azərbaycanın həm dövlət şirkətlərinin, həm də banklarının beynəlxalq reytinqlərinin gələcəyi dumanlı görünür. Neftin ucuzlaşması fonunda milli valyutanın iki dəfə devalvasiyaya uğraması həmin qurumların likvidliyinə mənfi təsir göstərib".
Mia.az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, yüksək reytinqə malik olmayan şirkətlərimizin bundan sonra mövqelərinin pisləşməsi gözləniləndir: "Artıq bəzilərinin mövqeyində geriləmələr müşahidə olunur. Hətta banklardan birinin reytinqi geri alınıb. Bunun ardınca Standard and Poor`s "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) reytinqini dövlət şirkətinin öz istəyi ilə geri çağırıb. Bu addımda təəccüblü heç nə yoxdur. Çünki dəmiryolu idarəsi bu addımı atmasaydı bir neçə aydan sonra onun reytinqi daha da aşağı salınacaqdı. Belə ki, dekabrın 11-də S&P "Azərbaycan Dəmir Yolları” QSC-nin reytinqi "BB+”-dən "BB-" səviyyəsində endirmişdi və xəbərdarlıq etmişdi ki, ödəmələrlə bağlı risk artacağı təqdirdə reytinq daha bir neçə səviyyə aşağı salınacaq. Görünür, xüsusilə ikinci devalasiyadan sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin ödəmə problemi daha da kəskinləşib və qabaqlayıcı tədbir olaraq öz xoşu ilə reytinqdən imtina edib. Məlumat üçün bildirim ki, ADY-nin reytinqinin aşağı salınmasına səbəb Maliyyə Nazirliyinin dəstəyinin lazımi anda olmaması olmuşdu. Bundan başqa hökumətdən yeni kredit müqavilələri bağlamağa icazə almasında bəzi bürokratik prosedurların olması, dövlətin şirkətin fəaliyyətinə effektiv və səmərəli nəzarət mexanizmlərinin olmaması, likvidliyin tələb olunandan da aşağı olması kimi amilləri də reytinqin aşağı salınmasına təsir etmişdi.
S&P ilə müqayisədə ADY Fitch agentliyinin reytinqində nisbətən yüksək - investisiya mövqeyinə malikdir. Ancaq ötən ilin noyabrın 3-də Fitch də AFY-nin proqnozunu neqativə endirmişdi. Gözləmək olar ki, bu agentlik də ADY-ni bir müddətdən sonra aşağı pilləyə göndərəcək. Əlbəttə onun xidmətindən də imtina edilməsə.
"Azərbaycan Dəmir Yolları" QSC-nin bu addımı onun beynəlxalq imicinə mənfi təsir göstərəcək, onun xaricdən kredit almaq imkanlarını məhdudlaşdıracaq. Fitch reytinqindən imtina edilsə isə xarici kedit cəlb etmək mümkünsüz olacaq. Beynəlxalq reytinqdən iştirakdan imtina şirkəti həm beynəlxalq maliyyə institutlarına, həm də ictimaiyyətə münasibətdə daha da qapalı quruma çevirəcək və onun qazandığı və ya cəlb etdiyi maliyyə vəsaitlərinin istifadəsində şəffaflığı sual altına düşəcək.
Yəqin ki bu, son olmayacaq. Böyük ehtimalla yaxın zamanlarda digər dövlət qurumu – "Azərenerji” ASC-nin də reytinqinin pisləşəcəyini müşahidə edəcəyik. Hətta onun da reytinqdən imtinası baş verərsə təəccüblü gəlməz. Azərbaycan Respublikasının suveren reytinqinin sabit qalması hələki dövlət şirkətlərinin, bankların reytinqini sığortalayır. Ancaq bu, uzun müddət belə davam edə bilməz. Dövlət şirkətləri və banklar üçün qarşıdakı aylarda beynəlxalq reytinq mövqelərini qorumaq çətin görünür. Hər bir halda bəzi bankların və dövlət şirkətlərinin reytinqinin pisləşməsi qaçılmaz olacaq".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi