Sabah hava necə olacaq? - Nazirlik açıqladı

img

05-01-2016 [21:28]


Yanvarın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 5-9° isti təşkil edəcək.

Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə qar yağacağı, zəif duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Gecə 8-13° şaxta, dağlıq ərazilərdə 15-19° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə qar yağacağı, duman olacağı, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağıntı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 14-19° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 1-4° isti, gündüz 5-10° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA