05-01-2016 [20:18]
"Son illərdə baş verən qlobal iqtisadi böhran dünyanın əksər ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərib. Neftin qiymətinin son bir ildə aşağı düşməsinə paralel olaraq əksər ölkələrin milli valyutaları kimi Azərbaycan manatı da devalvasiyaya məruz qalıb. Neftdən asılılığın aradan qaldırılaraq ölkə iqtisadiyyatının qorunması məqsədilə yerli istehsalın stimullaşdırılması və inkişaf etdirilməsi, idxal-ixrac əməliyyatlarının təşviq etdirilməsi istiqamətində bir sıra addımlar atılır. Ancaq bu tədbirlərin reallaşdırılması zamanı sahibkarların, yerli istehsalçıların hüquqları ilə yanaşı, ilk növbədə dövlətin mənafeləri də qorunmalıdır”.
Bu, Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilib.
Məlumatda o da qeyd olunub kiu, bəzi işbazlar manatın devalvasiyaya uğraması ilə ölkədə yaranan iqtisadi mühitdən istifadə edərək, xüsusilə idxal əməliyyatları zamanı dövlət büdcəsinə çatacaq vəsaitin tam ödənməsindən yayınmağa çalışır.
Bunu nəzərə alan Dövlət Gömrük Komitəsi Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov xarici iqtisadi fəaliyyət iştirakçıları ölkə ərazisinə idxal etdikləri malları bəyan edərkən qiymətlərə və malın dəyərləndirilməsinə çox diqqət etməli olduğunu bildirib:
"Mala istənilən sənəd təqdim etməklə istədiyi qiyməti tətbiq etmək niyyətində olmaq, heç də malın düzgün qiymətləndirilməsinə gətirib çıxara bilməz. Əfsuslar olsun ki, bu gün bir sıra işbazlar bundan sui-istifadə edərək "orijinal invoys" adı altında mallarını bəyan etmək xəyalına düşürlər. Onlar düşünməlidirlər ki, Azərbaycan qanunları var, malın gömrük dəyərləndirilməsi gömrük tarifi haqqında qanuna görə həyata keçirilir. Təqdim olunan sənədlərdə yanlışlıqlar baş verərsə, bugünkü bazarı, yerli istehsalçıların və istehlakçıalrın maraqlarının qorunması məqsədilə gömrük xidməti malın bəyan edilməsinə nəzarət edir, əgər mal düzgün bəyan olunmayıbsa QATT-ın VII maddəsində təsbit olunan prinsiplərə və "Gömrük tarifi haqqında” Qanuna uyğun olaraq malın dəyərləndirməsi aparılır və dövlət büdcəsinə gömrük ödənişləri həyata keçirilir".
İdarə rəisi onu da bildirib ki, hazırda bu işbazlar əsasən armatur və meyvə məhsullarının idxalı ilə məşğul olan şəxslərdir.
Mirqasım Vahabov onu da əlavə edib ki, hazırda bütün məhsulların minimum qiymətləri müəyyən edilərək ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin bazasında yerləşdirilib, istənilən vaxt sahibkarlar müraciət edib qiymətlərlə tanış ola bilərlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi