Mərkəzi Bankdan yeni manat xəbərinə reaksiya - FOTO

img

05-01-2016 [15:12]


Dövriyyəyə yeni manatın buraxılacağı haqda xəbərlər həqiqəti əks etdirmir.

Bunu Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev sosial şəbəkələrdə dövriyyəyə yeni manatın buraxılması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib. MB sözçüsü bu barədə müzakirələrin belə getmədiyini qeyd edib:

"Hətta yeni əsginazların "fotolarını” da dərc ediblər. Bütün bunlar yalan və əsassız xəbərlərdir, heç bir əsası yoxdur”(Axar.az).

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi saytlarda yayılan xəbərlərdə yeni pulların Almaniyada çap ediləcəyi bildirilib və hətta yeni əsginazların fotoları da düzəldilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA