05-01-2016 [11:56]
Səudiyyə Ərəbistanı dünya neft bazarlarında qiymət müharibəsini başlatsa da, planları boşa çıxıb.
Mia.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu qənaətlə "The Washington Post” qəzeti çıxış edib.
"Bu oyunun növbəti qubanı Səudiyyə Ərəbistanının öz iqtisadiyyatı ola bilər”-qəzet yazır.
Nüfuzlu nəşr qeyd edir ki, son vaxtlar Səudiyyə Ərəbistanı bazarı ucuz neftlə doldurur, bununla da nefti nisbətən yüksək dəyərə hasil edən rəqiblərini sıxışdırıb bazardan çıxarmaq istəyir: "Lakin bu indi əvvəllər olduğu qədər asan deyil. ABŞ-ın şist neft hasilatçıları əvvəllər olduğuna nisbətən indi daha aşağı qiymətlərə davam gətirə bilirlər, üstəlik mühümdür ki, onlar lazım olanda istehsalı dayandırıb sonra cüzi xərc çəkməklə qısa müddətdə yenidən bərpa edə bilirlər”.
Bildirilir ki, səudiyyəlilər amerikalı neft hasilatçılarını hasilatı dayandırmağa məcbur edə bilsələr belə onlar dirçələcəklər və qiymətin 50 dollardan yuxarı qalxmasına imkan verməyəcəklər. Buna isə Səudiyyə Ərəbistanı davam gətirə bilməyəcək. Çünki onun iqtisadiyyatı bahalı neft üzərində qurulub.
Hazırda neftin ucuzlaşması səbəbindən Səudiyyə Ərəbistanının iqtisadiyyatında görünməmiş çətinliklər yaranıb. Büdcə kəsiri ÜDM-in 15 faizini keçib, hökumət yanacaq subsidiyalarını dayandırmalı olub və digər sərt tədbirlər görüb:
"Lakin bu tədbirlər işləmir”-qəzet yazır. Çünki Səudiyyə rialı dollardan asılıdır, dollar isə bahalaşır. Nəticədə nefti satıb dollarla gəlir əldə edən ölkələr üçün büdcəni doldurmağın ən sadə yolu milli valyutanın devalvasiyası olur.
Hazırda Səudiyyə Ərəbistanı da Azərbaycan, Qazaxısta və Rusiya kimi ölkələrin getdiyi yolu-milli valyutanın devalvasiyasını nəzərdən keçirir. Çünki neft ixracından asılı olan ölkələrin əksəriyyətinin milli valyutası ucuzlaşsa da rial 15 faiz bahalaşıb. Bu isə iqtisadi artımı əngəlləyir. Səudiyyə hökuməti isə əhalinin yarıdan çoxunu təşkil edən gəncləri ya sosial ödəmələrlə saxlamalı, ya işlə təmin etməlidir.
Azərbaycan və Qazaxıstan kimi ölkələr məhz bu səbəbdən milli valyutaların kursunu sabi saxlamaqdan imtina ediblər. Ona görə də bazarlar hazırda ona stavka edir ki, bu ölkələrin ardınca Səudiyyə Ərəbistanı da rialın devalvasiyasını həyata keçirəcək”-qəzet yazır.
Analoji fikirlər digər nüfuzlu Amerika nəşrinin - "The Wall Street Journal” qəzetinin məqaləsində də yer alır.
Qəzet yazır ki, Səudiyyə Ərəbistanının başlatdığı neft müharibəsinin növbəti qurbanı onun öz iqtisadiyyatı olacaq. Çünki neftdən gələn gəlirlər azalsa da Səudiyyə Ərəbistanı eyni səhvləri təkrarlayır - faiz dərəcələrini azaltmadan və iqtisadi zərbənin təsirlərini başqa yolla yumşaltmadan öz büdcəsini ixtisar edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi