05-01-2016 [10:29]
Məlum olduğu kimi, 2015-ci ildə neftin kəskin dəyərdən düşməsi ilə Azərbaycanda iqtisadi artım tempi azaldı, son illər ərzində ilk dəfə ölkədə iş yerləri bağlandı, manat il ərzində devalvasiyaya uğrayaraq iki dəfəyə yaxın dəyərini itirdi.
Ölkənin neft gəlirlərinin azalması və qlobal iqtisadi böhranın hələ ötən ilin ortalarında ciddi hiss olunmasının hökuməti dövlət xərclərini azaltmağa və ixtisarlara məcbur edəcəyi aydın görünməkdə idi. 2015-ci ilin fevral ayında manatın ilk devalvasiyası hökumətin təcili tədbirlər görməsini zəruri etsə də, bir sıra amillər səbəbindən iqtidarda həm struktur, həm də hakimiyyət komandasında ciddi yenilənməni ertələdi. Düzdür, Nəqliyyat Nazirliyinin strukturunda ciddi dəyişikliklər edildi, biznesi, sahibkarları təhdid altında saxlayan MTN ləğv olundu, xüsusi xidmət orqanlarında ciddi struktur islahatları və ixtisarlar aparıldı.
Mia.az "Yeni Müsavat”a istinadən xəbər verir ki, iqtisadiyyatın neftdən asılılığının kəskin azaldılması və qeyri-neft sektoruna keçirilməsi üçün hələ ötən ilin sonlarından bəzi islahatlar başlayıb. Analitiklər prezident İlham Əliyevin dekabrın 29-da Xəzər rayonunda sakinlərlə görüşündəki çıxışında islahatlarla bağlı mühüm mesaj verməsinə diqqət çəkir. Prezident bildirib ki, gələn il idarəetmə sahəsində islahatlar "yeni formatda” davam etdiriləcək, vergi, gömrük orqanlarının, icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflıq təmin olunacaq. Prezident yeni formatın nədən ibarət olacağını açıqlamasa da, analitiklərə görə, söhbət hakimiyyət sistemində islahatları sürətləndirmək, problemli sahələrdə əsaslı struktur dəyişiklikləri, idarəetmə sisteminin yenilənməsi və şəffaf idarəçilik prinsiplərinin daha geniş formada tətbiqindən gedir. Çünki neftin 2016-cı il üçün büdcəsində nəzərdə tutulmuş 50 dollarlıq həddən də xeyli ucuzlaşması büdcəyə yenidən baxılması zərurətini yaradıb. Prezident İlham Əliyevin tapşırığı əsasında hazırda hökumət bu məsələyə baxır və bəzi sahələrdə xərclərin ixtisarını nəzərdə tutur.
Xərclərin ixtisarı dövlət aparatının saxlanılması üçün büdcədə nəzərdə tutulan xərclərin azaldılmasını da əhatə edəcək. Bu çərçivədə hökumət artıq bir çox nazirliklərə, dövlət komitələrinə, büdcədən maliyyələşən digər təsisatlara xərclərin azaldılması üçün ştat vahidlərinin ixtisarını nəzərdən keçirmək barədə təlimat göndərib. Habelə büdcədən maliyyələşən təşkilatlara xidməti avtomobillərin sayının azaldılması, ezamiyyət xərclərinin məhdudlaşdırılması istiqamətində də işlər başlayır.
Məlumatlara görə, bu il hökumət qarşısında dayanan ən vacib məsələ neft bumundan sonrakı dövrə daha çevik və mobil idarəetmə strukturları formalaşdırmaqdır. Gözlənilir ki, struktur islahatı nəticəsində bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək. Təsadüfi deyil ki, Milli Məclisin ötən il keçirilən son sessiyasında bəzi deputatlar da büdcəyə yükə çevrilmiş komitələrin ləğvini gündəmə gətiriblər.
Bəzi iddialara görə, Gömrük Komitəsi ləğv edilərək səlahiyyətlərinin bir qisminin "ASAN xidmət” və Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Ehtimal var ki, Kənd Təsərrüfatı Nazirliyi də ləğv edilsin, səlahiyyətləri İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülsün. Bundan başqa, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsi nəzərdən keçirilir.
Böyük ehtimalla Gənclər və İdman Nazirliyi də ləğv ediləcək və səlahiyyətləri bölüşdürüləcək. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin başqa qurumlara verilməsi nəzərdə tutulur.
Diasporla İş üzrə Dövlət Komitəsinin XİN-ə birləşdiriləcəyi gözlənilir. Qeyd edək ki, Xarici İşlər Nazirliyi xərclərə qənaət edilməsi üçün Azərbaycanın bəzi xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və ticarət ofislərinin bağlanması prosesinə start verib.
Virtualaz.org saytı hansı ölkələrdə diplomatik nümayəndəliklərin bağlanacağını dəqiqləşdirib. Məlum olub ki, XİN artıq müvafiq siyahı hazırlayıb və tezliklə bir neçə ölkədə konsulluqlar, ticarət nümayəndəlikləri bağlanacaq. Bunların arasında Azərbaycanın Uruqvay, Kolumbiya və Kubadakı səfirlikləri, ticarət nümayəndəlikləri, Genuya, Livan, Bratislava, Xarkovdakı fəxri konsulluqlar, habelə Amerikanın Santa-Fe şəhərindəki fəxri konsulluq yer alacaq. Azərbaycan hökuməti hər il bu nümayəndəliklərin saxlanılmasına milyonlarla dollar xərcləyirdi. Bundan əlavə, məlum olub ki, Azərbaycanın Tailand, Oman, İraq və Əfqanıstandakı səfirliklərinin açılması "daha yaxşı zamanlara” təxirə salınıb. Azərbaycanın bu ölkələrə təyin olunmuş səfirləri var, ancaq onlar qonşu ölkələrdə mənzilləniblər.
"Yeni Müsavat”a hökumətə yaxın mənbələrdən o da məlum olub ki, hazırda bütün dövlət qurumlarında oxşar funksiyalarla bağlı araşdırma aparılır. Belə ki, bir çox qurumlarda eyni funksiya daşıyan idarələr, şöbələr var. Məsələn, bir neçə nazirliyin, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin yaşıllaşdırma idarələri var ki, bunların ləğvi gündəmdədir. Mənzil istismar sahələrinin ləğvi də ilk sıradadır. Bundan başqa, icra hakimiyyətlərinin tikinti idarələrində də ixtisarlar aparılacaq. Mənbə istisna etmir ki, Baş Prokurorluğun, DIN-in, Vergilər Nazirliyinin, Gömrük Komitəsinin və Ədliyyə Nazirliyinin tabeliyindəki istintaq idarələri də Rusiyada olduğu kimi vahid İstintaq Komitəsi adı altında birləşdirilsin.
Analoji proses Dövlət Neft Şirkətinin (SOCAR) idarələrində bu il daha da sürətlənəcək. Bildirilir ki, SOCAR artıq müəyyən layihələrin maliyyələşdirilməsinə vəsait ayrılmasını dayandırıb.
"Azərenerji”, "Azəriqaz”, "Azərbaycan Hava Yolları” QSC, Dövlət Dəmir Yolu İdarəsi, "Azərkimya” və digər təşkilatlarda da ixtisarların aparılması yönündə göstəriş verilib. Bu təşkilatlarda hətta 15-20 faizdən də yuxarı ixtisarların aparılması gözlənilir.
Aydındır ki, bu ixtisarlar ölkədə sosial gərginliyi artıra, eləcə də hakimiyyət daxilində narazılıqları tətikləyə bilər. Çünki bu ixtisarlar minlərlə insanın işsiz qalması, eləcə də işini itirmiş orta məmur ordusu deməkdir. Məhz bu səbəblərdən hökumət yaxın aylarda işsizliyin ölkədə sosial təlatümlərə gətirib çıxarmaması üçün daha ciddi antiböhran tədbirləri düşünməlidir, ya da neftin qiymətində əhəmiyyətli artım olacağına ümid etmək zorundadır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi