Partlayış olan zavoddan son məlumat - FOTOLAR

img

04-01-2016 [17:07]


Balakən şəhərində partlayış baş verən zavodun görüntüləri yayılıb. 

Qeyd edək ki, bu gün 10:30-da "Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisindəki qazanxanada partlayış baş verib. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 2 nəfər isə müxtəlif xəsarətlərlə Balakən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Orada işləyən Qullar kənd sakini, 26 yaşlı Elçin Əliyev hadisə yerində keçinib. Digər işçilər - Qullar kənd sakini, 26 yaşlı Novruz Nastakalov və Qazma kənd sakini, 34 yaşlı Anar Bozurov isə xəsarət alıblar. Onlar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Mia.az "Report”a istinadən həmin görüntüləri təqdim edir:








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA