03-01-2016 [15:36]
Bu il ABŞ dolları rekord həddə möhkəmlənəcək. Bu proqnoz "Bloomberg” agentliyinin ekspertləri tərəfindən verilib. Proqnozlara görə, ABŞ dolları cari ildə dünyanın əsas valyutalarına nisbətdə xeyli möhkəmlənəcək.
Ekspertlərin fikrincə, ABŞ dollarının gözlənilən möhkəmlənməsi 2015-ci ilin dekabrın ortalarında ABŞ-ın Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırması ilə əlaqədardır. Bu qərar son doqquz ildə ilk dəfə verilib. Ekspertlər 2016-cı ildə iqtisadi artımın davam edəcəyi təqdirdə uçot dərəcəsinin daha 4 dəfə artırılacağını proqnozlaşdırırlar. Onların hesablamalarına əsasən, ilin sonuna ABŞ dolları ilə yanaşı, Britaniya funtu, Kanada dolları və Norveç kronunun da məzənnəsi qalxacaq. Avro 3%, Çin yuanı 3,5% ucuzlaşacaq.
Dolların bahalaşmasının iqtisadiyyatı idxaldan asılı olan ölkələr kimi Azərbaycanın da iqtisadiyyatına mənfi təsir edəcəyi şübhəsizdir.
Məlum olduğu kimi, ötən ilin dekabrında FED-in uçot dərəcəsini 2 dəfə artırmasından sonra dollar dünya valyuta bazarında dollar bahalaşdı və adekvat olaraq Azərbaycan manatının da saxlanılması mümkün olmadı. Məhz FED-in qərarının ardından manat devalvasiyaya uğradı.
Bəs, bu il uçot dərəcələrinin 4 dəfə artırılacağı, dolların möhkəmlənəcəyi təqdirdə Azərbaycan manatının taleyi necə olacaq? Verilən proqnozların reallaşması üçün iqtisadi əsaslar varmı?
İqtisadçı ekspert İlham Şaban "Yeni Müsavat”a açıqlamasında bildirib ki, dolların möhkəmlənməsinə səbəb olan əsas amil odur ki, Amerika iqtisadiyyatı görünməmiş sürətlə inkişaf edir: "Bundan başqa bir səbəb yoxdur. ABŞ iqtisadiyyatdı fantastik sürətlə inkişaf edir. 2015-ci ildə bir ayda Amerika iqtisadiyyatının 350-360 milyard dollarlıq ixrac potensialı var. Bu cür iqtisadiyyata malik ikinci bir ölkə varmı? Amerikanın təkcə elektronika məhsulları ixracı 28 milyard dollara bərabərdir. Belə bir ölkə yoxdur. Amerikanın həm neft ixracı artır. Bunun səbəbi isə odur ki, neftayırma sahəsində Amerikanın çox böyük potensialı var. Çünki, Amerikada şirkətlərinin xam neft istehsalında yararlandığı dərinliyə heç bir ölkə nail ola bilməyib. Bunların əldə etdiyi texnoloji sıçrayışın alternativi yoxdur.
Amerika xalqı dünyanın ən yaxşı yaşayan millətidir. Onlar son 2-3 ildə çox böyük sıçrayış ediblər. Ona görə, iqtisadiyyatı güclü olan ölkənin valtuyası da möhkəm olur”.
Ekspertin sözlərinə görə, dekabrın 16-da uçot dərəcələrinin artırılması ilə bağlı qərarın ardından dollar bahalaşdı və 2016-cı ildə də oxşar proseslər baş versə, bundan ən çox əziyyət çəkənlər xammal ölkələri olacaq:
"Xammal ölkələri sırasında Azərbaycan da yer alır. Ona görə də, Azərbaycanda sadə vətəndaşdan hökumətə kimi, hər kəs gözünü London birjasına diksə, o zaman vəziyyətimiz daha da pis olacaq. Yox, əgər Azərbaycan bu il kibritin istehsalına başlasa və kibritə görə, idxaldan asılılığı aradan qaldırsa, İrandan idxal etdiyimiz kibriti, Çindən idxal etdiyimiz alışqanı özü istehsal etməyə başlasa, o zaman bu sahədə ilk addımı atmış olarıq. Bununla bağlı məşhur bir felyeton da var ki, biz fil düzəltmək istəyirdik, sonra qayıdıb siçandan başladıq. Biz indi həmin o "siçan”dan başlamalıyıq. Meqa neft layihələrini əhaliyə təqdim edib, bununla öyünməkdənsə, kibritin istehsalına və daha sonra digər məişət cihazlarının istehsalına başlamalıyıq. Məhz bu zaman biz nəyinsə, idxalını azaltmış olarıq. Çünki, nə 2014-cü ilin, nə də 2015-ci ilin yekunlarına görə, biz idxalı azalda bilmədik.
Əvvəlki illərlə müqayisədə idxal artdı. 2016-cı ildə ən əsas məsələ odur ki, biz real olaraq ölkəyə daxil olan idxalı azaldaq və istehsala başlayaq. Bu ölkədə istehsal olmasa, manatı saxlamaq mümkün olmayacaq. Nəticədə, valyuta ehtiyatlarımız daha sürətlə əriməyə başlayacaq. Biz 2014-cü ilin sentyabr ayından 2015-ci ilin dekabrına qədər 10,2 milyard dollar Mərkəzi Bankın valyuta ehtiyatlarını çox qısa bir zamanda əritdiksə, bundan sornakı mərhələdə Neft Fondunun valyuta ehtiyatlarına keçəcəyik. Bu isə həm ölkə iqtisadiyyatında, həm də manatın kursunda özünü büruzə verəcək”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi