03-01-2016 [13:07]
"Məndə olan məlumata görə, Azərbaycanda təkcə gömrük sahəsində yox, bütövlükdə srtuktur, institutsional, idarəetmənin təşkilatı quruluşunun təkmilləşdirilməsi və sair bu kimi istiqamətlərdə islahatlar gözlənilir”.
Mia.az xəbər verir ki, bu fikirləri deputat, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli Musavat.com-un gömrük sistemində yeni qaydaların tətbiqinə başlandığı, monopoliyaya və gətirilən mallara görə əlavə rüsumların alınmasına son qoyulması barədə yayılan məlumatları şərh edərkən deyib.
Millət vəkilinin deyinə görə, islahatlara start verilməsi zərurətdən doğur: "Əgər həqiqətən də sözügedən istiqamətlərdə hazırkı reallıqlqrın dərk edilmiş məntiqinin diqtə etdiyi meyarlar və yeni çağırışlar səviyyəsində zəruri islahatlar başlasa, sistemli və davamlı şəkildə həyata keçirilsə, onda potensialı güclü olan Azərbaycan eyni vəziyyətə düşmüş dügər ölkələrlə müqayisədə bu vəziyyətdən nisbətn az itki ilə çıxa blər.
O ki qaldı gömrük məsələsinə, biz beynəlxalq standartlara cavab verən səviyyədə bir Gömrük Məcəlləsi qəbul etmişik. Qalır onu həmin səviyyədə də tətbiq etmək. Əlbəttə, bu sahədəki inhisarçılıq meylləri və digər çatışmazlıqlar aradan qalxsa, gömrük və vergi sistemində paralel surətdə maksimum şəffaflıq təmin edilsə, bu islahatlar ölkəmizin inkişafına yalnız müsbət tərəfdən təsir göstərər, iqtisadi fəallıq yüksələr, xarici ticarətdə kiçik və orta biznesin rolu və töhfəsi artar, qiymətlər aşağı düşər, büdcəyə daxilolmalar artar və sair”.
Bu arada kütləvi ixtisarlara start verildiyi barədə də xəbərlər yayılmaqdadır. Bildirilir ki, büdcə təşkilatlarında 30 faiz həcmində ixtisarların olacağı barədə xəbərdarlıq edilib. Kütləvi ixtisarlar böhranlı durumdan çıxmaq üçün çıxış yolu sayıla bilərmi?
Ə.Məsimli: "Əgər siz bu qəbildən olan sualı bir müddət əvvəl versəydiniz, mən birmanalı şəkildə təsdiqedici cavabla kifayətlənərdim. Çünki bir müddət öncə bəlkə də belə bir addıma ayrılıqda, əlahiddə götürülmüş şəkildə ehtiyac vardı. Amma biz artıq elə bir vəziyyətlə üzləşmişik ki, aksiomalara da yenidən baxmaq lazımdır. Yaranmış böhrandan nisbətən az itki ilə çıxmaqdan ötrü təkcə bir neçə qurumu ləğv etmək, birləşdirmək, işçilərin sayı baxımından ixtisarlar aparmaq nə qədər zəruri olsa da, artıq yetərli deyil. Xüsusən də ixtisarlar mexaniki surətdə, arxası olan işbacarmazlar yerində qalıb, işbilənlər çıxarıldıqda, ziyanı xeyrindən çox olur”.
Ə.Məsimli böhrandan çıxış yolu kimi daha cidd addımlar atmağı təklif edir: "Məsələni köklü həll etməkdən ötrü "neft pullarını geninə-boluna xərcləməyə öyrəşmiş israfçı hökumət modeli”ndən, "neftsiz də yaxşı qazanmağı, qazandığınını səmərəli şəkildə istifadə etməyi bacaran çevik və qənaətcil hökumət modeli”nə keçmək lazımdır. Belə islahatların alternativi olmayan magistral yolu isə fraqment xarakterli tədbirlərdən yox, iqtisadi azadlıqlara, şəffaflığa, ictimai nəzarətə geniş meydan verən və cəmiyyət həyatının bütün sahələrində korrupsiyaya, inhisarçılığa, məmur özbaşınalıqlarına son qoymağa yönəlmiş radikal islahatlardan keçir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi