03-01-2016 [00:18]
İran son beş il ərzində ilk dəfədir ki, Avropa Birliyindən neft məhsullarının satışına görə pul alıb.
Bu barədə İranın neft-kimya ticarəti şirkətinin icraçı direktoru Mehdi Şərif Niknafs bildirib. Onun sözlərinə görə, sanksiyaların fəaliyyəti dayandıqdan sonra İran şirkəti ispan banklarının biri ilə saziş bağlamağa nail olub.
Niknafs bildirib ki, embaro üzündən İran Avropa ölkələrinə neft-kimya məhsulları sata bilmirdi: Ancaq beş il ərzində aparılan danışıqlardan sonra bu məsələdə irəliləmə baş verdi"(ANS).
Xatırladaq ki, İranın üzərindən embarqonun götürülməsinin dünya neft bazarına təsiri yüksəkdir. Hazırda İran dünya neft hasilatının 4%-ə qədərini təmin edir. Ölkənin sutkalıq neft hasilatı 4 milyon barrel ətrafında dəyişir.
Qərbin sanksiyalarına qədərsə, İranın gündəlik neft hasilatı sutkada 4,2 milyon barrel təşkil edirdi. Həmin neftin 2,5 milyon barreli ixrac edilirdi. Sanksiyalar tətbiq ediləndən sonra İranın xaricə göndərdiyi neft 1,1 milyon barrel azaldı. Özü də həmin neft əsasən Asiya-Sakit okeanı regionuna yola salınırdı. Bunun və OPEK-in hasilatı məhdudlaşdırmasının nəticəsidir ki, sanksiylardan sonra neft sürətlə bahalaşdı və Brent nefti barrel üzrə 116 dollara satıldı.
İndi isə əks proses gedir. İran tərəfi bəyan edir ki, 2018-ci ilə kimi ölkə neft hasilatına sutkada 5,7 milyon barrelə qədər qaldıracaq. Həmçinin, dünya bazarlarına yola salınacaq neft 1 milyon barrel artırılacaq. Asiya-Sakit okean regionunda, xüsusilə də Çində müşahidə edilən iqtisadi böhran üzündən həmin bölgə üçün nəzərdə tutulan İran neftinin bir qismi də Avropaya yola düşəcək.
Üstəlik, ABŞ "qara qızıl”ın ixracına qoyduğu 40 illik embarqodan sonra öz neftini ilk dəfə olaraq xaricə çıxarıb. "ConocoPHillips" şirkətinə məxsus neftlə dolu tanker Texas ştatının Korpus-Krisi şəhərindən İtaliya limanlarından birinə doğru istiqamət götürüb. Bu neft partiyası İsveçrə-Niderland birgə şirkəti "Viol" üçün nəzərdə tutulub. ABŞ yaxın günlərdə sözügedən ünvana daha bir tanker göndərəcək.

Son 5 ildə dünya bazarında Brent neftinin qiymətinin dəyişməsi
Bütün bunlar hələ iyul ayında - İranla "altılıq" arasında anlaşma əldə ediləndən dərhal sonra neftin qiymətinin barrel üzrə 15-20 dollara düşəcəyi barədə irəli sürülən pessimist öncəgörmələrin çin olacağını ortaya çıxarır. Bu barədə yazan şərhçilər Rusiya və Azərbaycan kimi ölkələrin böhrana girə biləcəyini vurğulayırdılar.
Göründüyü kimi, artıq hadisələr buna doğru aparır və Azərbaycan ciddi sınağa çevriləcək bu varianta hazır olmalıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi