Beynəlxalq Valyuta Fondu Azərbaycanla bağlı PROQNOZ

img

02-01-2016 [18:01]


Beynəlxalq Valyuta Fondunun 2015-20016-cı illər üçün qlobal iqtisadiyyatın inkişaf göstəriciləri haqda hesabatı yayımlanıb.

Beynəlxalq Valyuta Fondu neftin sürətlə ucuzlaşmasının əksər ölkələrin inkişafına təsir edəcəyini bildirib. Həmçinin Avropada davam edən borc problemlərinə görə qlobal iqtisadi inkişafın zəiflədiyini, iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə artım səviyyəsinin gözlənilən nəticələrdən daha aşağı olduğunu bildirib.

Modern.az xəbər verir ki, BVF-in iki il üçün hazırladığı hesabatda Azərbaycanın iqtisadi inkişaf tempi də göstərilib. Belə ki, hesabatda Azərbaycan iqtisadiyyatının inkişaf göstəricisinin 4,04 faizdən 2,53 faizə düşəcəyi bildirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA