Şimal bölgəsinə güclü qar yağıb, 30-dan artıq kəndlə əlaqə kəsilib - FOTOLAR

img

02-01-2016 [13:22]


Dünən axşam saatlarından yağan güclü qar Qubanın dağlıq kəndləri ilə rayon mərkəzinin əlaqəsini kəsib.

Quba-Qonaqkənd, Quba-Tüləkəran-Buduq-Zeyid, Quba-Susay istiqaməti və Quba-İspik-Xınalıq istiqamətindəki yollar tam bağlanib.

Ümumilikdə 30-dan çox dağ kəndləri ilə əlaqə kəsilib. Bəzi dağ kəndlərində elektrik enerjisinin verilməsində problemlər yaranıb. Quba Fövqəladə Hallar Komissiyasinin sədri Yusif Abidov "Report"a açıqlamasında deyib adları çəkilən kəndlərə yol təmizləyən texnikalar göndərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba Regional Hidrometrologiya müəssəsindən "Report"a bildirilib ki, ən çox qar Xaltan kəndinə yağıb. Qarın hündürlüyü 70 sm-dir.








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA