Nazir əmr verdi, Eldar Mahmudovun qohumu vəzifədən çıxarıldı

img

01-01-2016 [23:25]


Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu Pərvanə Şəfiyeva Səhiyyə Nazirliyi Dərmanların Ekspertizası İdarəsinin rəis müavini vəzifəsindən azad edilib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Onun yerinə əvvəllər "Strong Farm" şirkətinin direktoru olmuş Sadıx Əliyev təyin edilib. O da bildirilib ki, S. Əliyev daha əvvəl "EvroMed” şirkətində Beynəlxalq əlaqələr üzrə direktor müavini işləyib(Anspress).

Xatırladaq ki, prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA