“Qadağan olunmuş türk malları Azərbaycandan Rusiyaya keçirilə bilər” – Baş nazirin müavini

img

01-01-2016 [21:06]


"Rusiya Türkiyənin qadağan olunmuş məhsullarının Azərbaycan ərazisindən ölkəyə daxil ola biləcəyini istisna etmir. Bununla əlaqadar sərhəddəki situasiyanı izləyəcəyik”.

Strateq.az bildirir ki, bu barədə Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç bildirib.

Dvorkoviçin sözlərinə görə, bununla bağlı monitorinqlər aparılacaq.

"Yəqin ki, Türkiyə Azərbaycan ərazisindən belə cəhdlər edəcək. Biz bu qanun pozuntusuna qarşı mübarizə aparacağıq”-, deyə Dvorkoviç Rusiya telekanalına müsahibəsində bildirib.

Qeyd edək ki, Rusiya 1yanvar 2016 -cı ildən etibarən Türkiyədən bır sıra məhsulların ölkəyə gətirilməsinə qadağa qoyub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA