31-12-2015 [19:43]
Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
Mia.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, yığıncaqda dekabrın 4-də təbii fəlakət zamanı "Günəşli” yatağındakı 10 saylı, Neft Daşlarındakı 501 saylı dəniz özüllərində baş vermiş qəza nəticəsində həlak olmuş və itkin düşmüş neftçilər anılıb. SOCAR-ın prezidenti R.Abdullayev bu hadisələrin neftçilərin əhvali-ruhiyyəsinə təsir etdiyini söyləyib, itkin düşənlərin axtarışı və yanğının söndürülməsi istiqamətində aparılan işlər haqqında ən son məlumatları iştirakçiların diqqətinə çatdırıb.
Daha sonra 2015-ci ilə yekun vuran R.Abdullayev dünyada mövcud iqtisadi durumla əlaqədar ötən ilin bütün iri neft və qaz şirkətləri üçün ağır keçdiyini söyləyib. Bütün çətinliklərə baxmayaraq, SOCAR prezidenti dünyada yaranmış mövcud iqtisadi durum fonunda 2015-ci ilin istehsalat nəticələrinin qənaətbəxş olduğunu qeyd edib.
Son on ildə şirkətin xarici ölkələrdə həyata keçirdiyi investisiya layihələri üzərində dayanan R.AbdullayevTANAP, STAR zavodunun, Petkim limanın tikintilərinin vacibliyini qeyd edib, habelə Azərbaycanda həyata keçirilən layihələrin uğurla davam etdiyini diqqətə çatdıraraq, şirkətdə aparılan xərclərin optimallaşdırılması və qənaət rejiminə keçid proseslərinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
R.Abdullayev neft və qaz yataqlarında həyata keçirilən əməliyyatlarda insanların təhlükəsizliyinin prioritet vəzifə olduğunu diqqətə çatdırıb və qeyd edib ki, qənaət rejiminin tətbiq edilmədiyi yeganə sahə - məhz təhlükəsizlik məsələləri olmalıdır.
Daha sonra 2016-cı ildə qarşıda duran vəzifələrdən danışan şirkət prezidenti dünyada yaranmış mövcud iqtisadi durumla əlaqədar SOCAR-ın dayanıqlığının qorunması və saxlanılması üçün prioritet istiqamətləri qeyd edib.
Yığıncaqda SOCAR-ın idarə və müəssisələrinin maddi-texniki təchizat siyasətinə yenidən baxılması, anbar təsərrüfatında ciddi inventarizasiyanın keçirilməsi, xərclərin və idarəetmə sisteminin optimallaşdırılması, qənaət rejiminin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Şirkətin vitse-prezidentləri Tofiq Qəhrəmanov, Süleyman Qasımov, Rəhman Qurbanov, Mikayıl İsmayılov, David Məmmədov, Xalik Məmmədov, "Azneft” İB-nin baş direktoru Daşqın İsgəndərov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Kompleks Qazma İşləri Trestinin müdiri İskəndər Şirəli və başqaları 2016-ci ildə qarşıda duran vəzifələr haqqında müzakirələrdə iştirak ediblər.
Yığıncağa yekun vuran SOCAR prezidenti R.Abdullayev səslənən fikirlərlə əlaqədar konkret tapşırıqlar verib, şirkətin dayanıqlığının artırılması istiqamətində vəzifələr qoyub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi