31-12-2015 [19:26]
Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Milli Mədəniyyət Mərkəzi idarə heyətinin sədri Mobil Məmmədov Mia.az-a məktub göndərib.
O, bir neçə gün əvvəl bəzi xəbər portallarında barəsində yayılan xəbərə etirazını bildirib. M.Məmmədovun məktubunu olduğu kimi təqdim edirik:
"İnformasiya agentliklərində yayımlanan "Özbəkistanda diaspor sədrimiz döyülüb” adlı məqalə haqqında açıqlama vermək məcburiyyətində qaldım.
Nəzərinizə çatdırmaq istəyirəm ki, bu xəbərlər tamamilə əsassız olub, mənim biznes fəaliyyətimi və birbaşa diaspor təşkilatını düşünülmüş şəkildə qaralamaq məqsədi daşıyır.
Həmin xəbərlərdə yayımlanan şəkillər 2014-cü ilin 29 mart tarixində keçirilən hesabat – seçki konfransındakı idarə heyətinin iclasındandır. Xəbərlərdə eyni zamanda azərbaycanlıların yuyat (ölü yuyulan yer) olaraq istifadə etdiyi yerin tərəfimdən "ələ keçirildiyi” yönündə çox gülünc iddia dərc olunub. Həmin otaq uzun illər təmir olunmadığı üçün yararsız hala və qəza vəziyyətinə düşdüyü üçün 2014-cü ildə diaspor üzvləri həmin otağın yenidən qurulması xahişi ilə şəhər hakimiyyətinə müraciət edib. Bundan sonra bizə rəsmi icazə verilib. Bəhs olunan yuvat sökülüb, yenidən inşa edilir və bu prosses tezliklə yekunlaşacaq. İnşaat diaspor üzvlərinin maddi köməyi hesabına aparılır. Bu xeyriyyə işində eyni zamanda Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də öz köməkliyini göstərir. Qısası, el gücü ilə aparılan tikinti hər kəsin diqqət mərkəzindədir. Toplanan və xərclənən vəsaitin hesabatı açıq və aydın aparılır.
Mənim adımı qaralama məqsədilə yazılan məqələdə deyilir ki, güya Səfirliyin keçmiş işçisi Nəsimi Ağababyevlə mənim biznes əlaqəm olub. Bu da yalandır. Mənim Nəsimi Ağababayev ilə heç bir biznes və ya başqa işim olmayıb.
N.Ağababayevin səfirliyin işcilərilə daxili narazıçılıqları ola bilsin ki, olub, işindən də vəzifəsini layiqincə yerinə yetirmədiyinə görə Xarici İşlər Nazirliyi azad edib. Bunlarla mənim heç bir əlaqəm yoxdur.
Mən Səfirimizə heç bir iddiam olmayıb. Mən daim Azərbaycanımızı təmsil edən, dövlət işini layiqli aparan hər bir əməkdaşına və Azərbaycanlı olan iş adamına, bir azərbaycanlı kimi həmdə diaspor təşkilatının rəhbəri kimi dəstəkləmişəm. Bu münasibətim də heç vaxt dəyişilməyəcək.
Nəzərinizə çatdırmaq istəyirəm ki, Özbəkistan Respublikasının müstəqilliyinin 24-cü ildönümü ərəfəsində diaspor təşkilatımızın millətlər arası dostluq münasibətlərini möhkəndirmək istiqamətində apardığı işləri nəzərə alaraq Özbəkistan Respublikası dovlət mükafatı - "Dostluq” Ordeni ilə təltif edilməyim həmin ölkə rəhbərliyinin işimizə verdiyi önəmin böyük göstəricisidir. Bayramlar ərəfəsində şəxsən mənim adımın və diaspor təşkilatımızın belə ürəkbulandıran məsələlərdə hallanmasına görə təəssüf hissi keçirdiyimi bir daha bəyan etmək istəyirəm. Gördüyümüz işlərin nəticəsi olaraq unutmamalıyıq ki, bu kimi xəbərlər təşkilatımızın illər ərzində apardığı işlərinə, əldə etdiyi uğurlara böyük zərbədir”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi