Qırğızıstanda Azərbaycan dili kursları tәşkil olunacaq - Açıqlama (FOTO)

img

31-12-2015 [15:26]


2016-cı ildən etibarən Qırğızıstanda Azərbaycan dili kursları təşkil olunacaq. 

Mia.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan adına görülən bu önəmli işin təşəbbüskarı isə həmvətənimiz, Qırğızıstandakı Heydər Əliyev Fondunun prezidenti Nüsrәt Mәmmәdovdur. 

Məlumata görə, məhz Nüsrət Məmmədovun həmtəsisçiliyi və təşəbbüsü ilə bu günlərdə Qırğızıstan gənclərinə Azərbaycan dilini tədris etmək məqsədi ilə "İnterbilik” adlı təhsil mərkəzi təsis edilib. 

Bununla bağlı Mia.az-ın əməkdaşı Nüsrət Məmmədovla əlaqə yaradıb. O, faktı əsdiq edib. Bildirib ki, sözügedən təhsil mərkəzi gəncliyin daha savadlı yetişidirilməsi prinsiplərinə xidmət etməklə yanaşı, qardaş türk dövləti olan Qırğızıstanda da Azərbaycan dilinin təbliğatını aparmaq məqsədi daşıyır:

"Nəzərinizə çatdıraq ki, Qırğızıstan təhsil nazirliyi tərəfindən artıq "İnterbilik” Təhsil Mərkəzinin fəaliyyəti başlaması üçün Qırğızıstan tәhsil nazirliyi tәrәfindәn lisenziya da verilib". 

Qeyd edәk ki, belә kursların açılması Qırğızıstanda ilkdir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA