Xırdalanlılar işıq üzünə həsrətdir - Sakinlərdən prezidentə şikayət

img

31-12-2015 [15:08]


Xırdalan şəhərindəki Bünyad Sərdarov küçəsində yaşayan sakinlər şikayət edərək bildirilər ki, artıq 5 gündür işıqları kəsilir. 

Musavat.com-un elektron ünvanına məktub göndərən sakinlərin sözünə görə, 3 gündür gündə cəmi 2 saat işıq verirlər. İdarədən onlara deyirlər ki, kabel qırılıb, onu düzəldirlər. "Kabel qırılıbsa niyə 5 günə düzəldə bilmirlər?" - sakinlər soruşur. 

Şikayətçilərin fikrincə, əslində il ərzində işığı başqa yerlərə satırlar və ilin sonunda bunu kompensasiya eləmək üçün camaatın işıqlarınə kəsirlər. 

Sakinlər yazır: "Bayram günü qaranlıqda oturmuşuq. Bu nədir belə? Niyə bizə belə zülm eləyirlər? Biz də bu ölkənin vətəndaşıyıq.

İnsanların çoxu evlərini işıqla qızdırır, indi hamı soyuqda oturub. Yemək bişirə bilmirik, bayramda. Bayrama şənlik qatan televiziya olur. İndi biz şənliyimizi şam işığında keçirməliyik?

Kənd Xırdalanda işıq yoxdur. Şikayətimizə də baxılmır. Şikayətimizi prezidentə çatdırmaq üçün imza toplayacağıq". 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA