30-12-2015 [17:12]
Lənkəranda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə ümumrayon bayram şənliyi keçirilib.
Lənkəran ŞİH -nin başçısı Taleh Qaraşov şənlik iştirakçılarını təbrik edərək bildirdi ki, Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə tarixdə ilk dəfə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü elan olunmuş və həmin gün xalqımızın milli birlik günü kimi tarixə düşmüşdür. Eyni zamanda , Ümummilli Liderimizin dərin düşüncəsi ilə xaricdə diaspor hərəkatı formalaşdırılmış, bu hərəkatın təşkilatlanmasına və möhkəmlənməsinə davamlı dövlət qayğısı göstərilmişdir. Bunun üçün Dünya Azərbaycanlılarının Bakı şəhərində qurultayları keçirilmiş, dünyadakı həmvətənlərimizlə bağlı təşkilatların bir amal uğrunda birləşməsi , vətən naminə çalışmaları istiqamətində əməli işlər görülmüşdür. Ulu Öndərin siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə görülən həyati əhəmiyyətli işlər nəticəsində xalqımız üçün il-ildən uğurlu keçir.Yola saldığımız 2015-ci il də əvvəlki illər kimi xalqımız üçün çox uğurlu olmuşdur. Bütün sahələrdə yüksək nailiyyətlər qazanılmışdır. Hər yerdə dinamik inkişaf davam etmişdir. Əlbəttə ki, 2015-ci ildə lənkəranlılar üçün ən əlamətdar hadisə cənab Prezident İlham Əliyevin şəhərimizə növbəti səfəri olmuşdur. Şəhərimizin sakinləri hələ də bu səfərin xoş, ürəkaçan təəssüratlarını yaşayırlar. Bu səfər zamanı cənab Prezidentin özünün şəxsi təşəbbüsü və tapşırığı ilə əsaslı təmir olunmuş möhtəşəm şəhər Mədəniyyət Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi Xan Sarayının, Liman- Nərimanabad- Balıqçılar magistral avtomobil yolunun açılışlarında iştirak etməsi, insanlarla mehriban, səmimi görüşləri cənab Prezidentin Lənkəranın tarixinə, mədəniyyətinə, burada yaşayan vətənpərvər insanlara dərin hörmət və ehtiramının parlaq nümayişi oldu. Şəhərimizin inkişafı üçün görülən bu möhtəşəm işlər hər bir lənkəranlıda daha uğurlu sabahlara böyük inam və əminlik yaradır.
İcra başçısı daha sonra 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə hamını təbrik etdi , hər bir ailəyə firavan həyat , xoşbəxtlik və səadət arzuladı.
Taleh Qaraşov sonda rayonumuzun ictimai-siyasi həyatında fərqlənənlərin bir qrupuna ŞİH-nin fəxri fərmanlarını və hədiyyələrini təqdim etdi.
Bakıdan təşrif buyurmuş populyar müğənnilər - Elşad və Rəvan Qarayevlər, Elariz Məmmədoğlu, Yusif Mustafayev, Əlikram Bayramov, Xatun, " Qismət” qrupu, eləcə də məşhur "Nənələr” folklor kollektivi, Cavad Rəcəbov və başqalarının ifa etdikləri şux nəğmələr bayram şənliyinə xüsusi təravət gətirdi.
Şirniyyat stolu arxasında 3 saata yaxın davam edən tədbir hamıya xoş ovqat bəxş etdi.





Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi