Şəhid oğlunun hərəkəti hər kəsi kövrəltdi - Video

img

30-12-2015 [23:09]


Türkiyənin Şırnak əyalətinin Silopi rayonunda terrorçulara qarşı mübarizədə həlak olan əsgərin dəfni zamanı oğlunun sözləri hamını göz yaşlarına boğub.

"Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, şəhid olmuş starşina Kənan Yıldızın Adanada dəfn mərasimi zamanı onun atasının ölümünü dərk etməyən 3 yaşlı oğlu Melih Yıldız xalası oğlu ilə tabutun yanında oynayıb. Körpənin atasının tabutun üzərindəki şəklini göstərib "Bu, mənim atamdır” deyərək əsgər salamı verməsi hər kəsi ağladıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA