Suraxanıda Həmrəylik Günü və Yeni İl qeyd olundu - FOTOLAR

img

30-12-2015 [22:43]


Suraxanıda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl təntənəli qeyd edilir.

"31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və "Yeni 2016-cı il” münasibəti ilə rayonda silsilə tədbirlər keçirilir. Rayonun ərazisində yerləşən təhsil, səhiyyə, sənaye müəssisələrində dəyirmi masalar, müxtəlif müsabiqələr, bayram şənlikləri təşkil olunur.

 Növbəti belə bayram tədbiri Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Yeni Günəşli yaşayış massivində yerləşən 2 saylı Uşaq evində təşkil olunmuşdur. Uşaqları və  bayram şənliyində iştirak edən iştirakçıları təbrik etmək üçün Rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova  2 saylı Uşaq evində olub.

 Xüsusi tərtibatla bəzədilmiş Uşaq evində bayram əhval-ruhiyyəsi hökm sürürdü. Uşaqları salamlayan Rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova "31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və "Yeni 2016-cı il” münasibəti ilə onları təbrik etdi. Afət Həsənova öz çıxışında ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan ətraflı danışdı.

 2 saylı Uşaq Evinin müdiri Sevda Hacıyeva uşaqlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına, ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi. 

Uşaqların böyük həvəslə iştirak etdikləri şənlikdə uşaqlar arasında müxtəlif yarışlar təşkil olundu və onlara Rayon İcra Hakimiyyəti başçısının bayram hədiyyələri paylandı.

Sonda Qurban Abbasov adına Mədəniyyət sarayının incəsənət ustalarının uşaqlar üçün hazırladıqları bayram konserti fidan balaların sevincinə sevinc qatdı. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA