“ASAN xidmət” bu tarixlərdə işləməyəcək

img

30-12-2015 [16:15]


31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ilə əlaqədar bütün "ASAN xidmət” mərkəzlərində 31 dekabr – 4 yanvar tarixlərində qeyri-iş günü olacaq. "ASAN xidmət”in informasiya təminatı şöbəsindən APA-ya verilən xəbərə görə, 5 yanvar tarixindən etibarən isə  vətəndaşlar "ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
 
Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA