Prezident və ailəsi yeni mərkəzin açılışında!

img

30-12-2015 [13:39]


Bakının Xəzər rayonunda Zirə Mədəniyyət Mərkəzinin açılışı olub.

Dekabrın 30-da açılışda Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib.

Dövlətimizin başçısı binada yaradılan şəraitlə tanış olub.

Sonra Prezident İlham Əliyev Xəzər rayonu və Zirə qəsəbəsi ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident İlham Əliyev elektromobillə Mərkəzin ərazisini gəzib.

Dövlət başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Mərkəzin ərazisində ağac əkiblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA