29-12-2015 [22:35]
Rusiya Federasiyası Udmurtiya Muxtar Respublikasının İjevsk şəhərində "Dostluq” - Udmurtiya Azərbaycan İctimai Mərkəzinin təşkilati dəstəyi ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib.
Mia.az xəbər verir ki, "Dostluq” Udmurtiya Azərbaycan İctimai Mərkəzinin sədri Zülfüqar Mirzəyev tədbir iştirakçılarını salamlayaraq qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə hər kəsi təbrik edib. Qarşıdan gələn yeni ildə hər kəsə uğurlar və xoşbəxtlik arzulayıb. Daha sonra isə Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həlli və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini vurğulayıb.
Ağsaqqallar Şurasının üzvləri və Azərbaycan Diasporasının nümayəndələri Şahlar Mustafayev, İlqar Xəlilov, Eynulla Mustafayev və Möhübbət Mirzəyev də öz çıxışlarında hər kəsi Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik ediblər. Onların sözlərinə görə, bu tarix yeni il bayramı ilə eyni vaxta təsadüf etdiyindən geniş şəkildə qeyd olunur. Bayramın əsas qayəsi Dünya Azərbaycanlılarının birlik və həmrəyliyi, vətənə bağlılığı, milli mənəvi dəyərlərə və adət - ənənələrə hörməti ilə çox sıx bağlılığa əsaslanır.
Qeyd edək ki, "Odlar Yurdu” Udmurtiya Azərbaycanlılarının Gənclər Mərkəzinin də qatıldığı tədbirdə gənclər üstünlük təşkil edib. Tədbirdə çıxış edən "Odlar Yurdu” Gənclər Təşkilatı Mərkəzinin sədri Rəşad Abbasov Azərbaycan Udmurtiya İctimai Birliyinin sədri Zülfüqar Mirzəyevə tədbirin təşkil edilməsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Zülfüqar Mirzəyev eyni zamanda "Odlar Yurdu” Gənclər Təşkilatı ətrafında çoxlu sayda istedadlı gənclərin birləşməsini xüsusi olaraq qeyd edib. Onun sözlərinə görə, həmin könüllü gənclərin 80-dən çoxunun sözü gedən tədbirdə iştirak etməsi isə gənclərin öz kökünə bağlılığından xəbər verir və bu çox sevindirici haldır.
Tədbir daha sonra açıq havada davam etdirilib. "Dostluq” - Udmurtiya Azərbaycan İctimai Mərkəzinin sədri Zülfüqar Mirzəyev İjevsk şəhərinin mərkəzi meydanından ictimaiyyətə səslənərək İjevsk sakinlərini yeni il və Milad bayramı münasibəti ilə, eyni zamanda da 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik edib və bildirib ki, 17 il ərzində "Dostluq” - Udmurtiya Azərbaycan İctimai Mərkəzi Udmurtiya xalqları arasında səmimi və dostluq münasibətlərinin qorunub saxlanması və inkişafına sözü gedən ictimai təşkilat öz töhfəsini verməkdədir.
Rəsmi hissədən sonra tədbir Azərbaycanın tarixinə və mədəniyyətinə həsr olunmuş əyləncəli müsabiqə və viktarinalarla öz işini davam etdirib. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıb. Tədbir iştirakçıları sonda milli yeməklər və şirniyyatlarla bəzədilmiş bayram süfrəsinə dəvət olunub. Azərbaycan milli musiqisinin sədaları altında gənclər təşkilatının fəallarının hazırladığı rəqslər gecəyə daha bir rəng qatıb. Tədbir zamanı iştirakçılar arasında əsl bayram əhval – ruhiyyəsi hökm sürürüb. Tədbir hər kəsin yaddaşında xoş təəssüratlarla həkk olunub.



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi