Yeni hakim təyinatları - SİYAHI

img

29-12-2015 [19:52]


Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Milli Məclisin sədri Oqtay Əsədov qərar imzalayıb.

Mia.az Milli Məclisə istinadən xəbər verir ki, qərarla Ali Məhkəmənin hakimi Tapdıq Şükür oğlu Mahmudov vəzifəsinin dəyişdirilərək, Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Bundan başqa, 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin olunublar:

Cəmilova Xəyalə Adil qızı,

Zeynallı Fərmayıl Gülmalı oğlu.

2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən Kəmalə Nəbi qızı Abiyeva yenidən Bakı Apellyasiya Məhkəməsinin, Rafael Əmir oğlu Eyvazov isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin ediliblər .



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA