Hökumət antiböhran tədbirlərini açıqlayacaq

img

29-12-2015 [13:53]


Azərbaycan hökuməti son dövrdə yaranmış çətin iqtisadi vəziyyətdən çıxmaqla bağlı tədbirlər planı hazırlayıb və yaxın vaxtlarda bu açıqlanacaq. 

Bunu Milli Məclisin spikeri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda deyib. O.Əsədov qeyd edib ki, Azərbaycan xalqı bu tədbirlərin nəticəsini çox yaxşı hiss edəcək.

O.Əsədov bankların kreditlə bağlı probleminə də toxunub. O bildirib ki, bu məsələ elə götür-qoy ediləcək ki, planlı şəkildə olsun.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA