Rektorun qardaşına vəzifə verildi - Təyinat

img

29-12-2015 [13:15]


Milli Məclisin bugünkü plenar iclasında Hesablama Palatasının sədr müavini Adil Məhərrəmovun yenidən bu vəzifəyə təyin edilməsi ilə bağlı təqdimata baxılıb.

İclasda Cəfər Həsənov, Firsənd Qurbanov və Vaqif Həsənovun da yenidən Hesablama Palatasının auditoru vəzifəsinə təyin olunması müzakirə edilib.

Hər iki məsələ səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Adil Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun qardaşıdır.
Report.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA