29-12-2015 [12:00]
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrik edib.
Mia.az nazirliyə istinadən xəbər verir ki, nazir təbrikində tarixə qovuşmaqda olan 2015-ci il xalqımızın və dövlətimizin, eləcə də Silahlı Qüvvələrimizin həyatında əlamətdar hadisələrlə zəngin olduğunu deyib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciətində qeyd etdiyi kimi, hazırda davam edən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, hamımızın doğma vətəni olan Azərbaycan Respublikasında 2015-ci ildə də sosial-iqtisadi artım dinamikası qorunub saxlanmış, müxtəlif sahələri əhatə edən dövlət proqramları və infrastruktur layihələri ardıcıl icra edilib:
"Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında ordumuzun maddi-texniki təchizatı gündən-günə güclənərək ən yüksək səviyyəyə qalxmış, şəxsi heyətin sosial-məişət problemləri ardıcıl olaraq həllini tapmış, müasir silah və texnikaların alınması, yüksək ixtisaslı peşəkar kadrların hazırlanması işi uğurla davam etdirilib. İl ərzində 1000 nəfərdən çox hərbi qulluqçu xidməti, 500 nəfər hərbçi isə daimi mənzillə təmin olunub. Tam şəkildə komplektləşdirilmiş 10 hərbi şəhərcik, yeni təlim poliqonları, inzibati binalar istifadəyə verilmişdir. Bütün hərbi hissələrdə ən müasir tələblərə cavab verəcək yenidənqurma işləri daim davam etdirilir. Komanda-qərargah hərbi oyunları, irimiqyaslı təlimlər, ordumuzun güc və qüdrətini bir daha dünyaya nümayiş etdirməklə yanaşı, istər xidmətdə olan, istərsə də ehtiyatdan cəlb edilənlərin döyüş təcrübəsi qazanmasında mühüm rol oynamışdır.
Şəxsi heyətin böyük ruh yüksəkliyi, vətənpərvərlik hissi, döyüş və mənəvi-psixoloji hazırlığı imkan verir ki, Azərbaycan ordusu Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər əzəli və əbədi torpaqlarımızı azad etsin, Respublikamızın ərazi bütövlüyü təmin olunsun.
Azərbaycan-Ermənistan sərhəddində hər gün atəşkəs rejimi pozulur. Mövqelərimiz intensiv olaraq atəşə tutulur, lakin Azərbaycan əsgəri vətənin keşiyində ayıq-sayıq və mərdliklə dayanır. Düşmən layiqli cavab atəşləri ilə susdurulur, işğalçının planlaşdırdığı təxribatlar öncədən aşkarlanır, qabaqlayıcı tədbirlər nəticəsində düşmən canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkilərə məruz qalır. Döyüşlərdə şəhid olanların qisası birə on qat alınır və bundan sonra da alınacaqdır.
Hərbi qulluqçularımızın xidmətləri ölkə rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilir. Ordu ilə xalqın əlaqələri daha da möhkəmlənir, xalqımız ordusuna inanır, güvənir və arxalanır.
İnanıram ki, Siz bu etimadı, inamı vətənə, xalqa, dövlətə sədaqətli xidmətinizlə doğruldacaq, ölkəmizin təhlükəsizliyinin keşiyində, torpaqlarımızın müdafiəsi naminə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrlərinə hər an hazır olacaq və "Qarabağ torpağı erməni işğalçılarının ayağı altında od tutub yanacaqdır" şüarı ilə başlayacağımız yeni 2016-cı ildə xalqımızı qələbə müjdələri ilə sevindirəcəksiniz.
Bayramlar ərəfəsində şəhidlərimizin xatirəsini bir daha hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, müharibə və Silahlı Qüvvələr veteranlarını, eyni zamanda, hazırda düşmənlə təmas xəttində, döyüş növbəsində, qarovul xidmətində, xarici dövlətlərdə sülhməramlı qüvvələrin tərkibində xidmət edən şəxsi heyəti ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və xidmətdə uğurlar arzulayıram.
Arzu edirəm ki, 2016-cı il Qarabağın işğaldan azad ediləcəyi və qələbə ili kimi tarixə düşsün!
Hərbi anda sədaqətə, çətin, şərəfli hərbi xidmətdə fədakarlığa və böyük qələbəmizə inama görə hər birinizə minnətdarlığımı bildirirəm.
Bayramlarınız mübarək Azərbaycan əsgəri!".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi