28-12-2015 [22:26]
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında Sahibkarlara Kömək Milli Fondunun (SKMF) vəsaitlərinin formalaşması və istifadə vəziyyətinə dair analitik təhlilin nəticələri müzakirə edilib.
Fəaliyyət istiqaməti üzrə məsul auditor M. Əlişanova bildirib ki, dövlət büdcəsindən güzəştli kreditlərin verilməsi məqsədilə vəsaitlərin ayrılması ilə əlaqədar fondun müvafiq qaydada proqnoz göstəriciləri barədə təqdim etdiyi məlumatlar tam əhatəli olmayıb, müvəkkil kredit təşkilatları tərəfindən müqavilə şərtlərinə bəzi hallarda riayət edilməyərək kredit, faiz və cərimə məbləğlərinin fondun hesabına vaxtında tam ödənilməsi təmin edilməyib.
Eyni zamanda bir sıra hallarda iqtisadiyyatın bu və ya digər sahələrinin inkişafı ilə bağlı nəzərdə tutulan konkret layihələrin Fondun vəsaiti hesabına maliyyələşdirilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulan müsabiqələr keçirilməyib, ayrılmış vəsaitlərin təyinata uyğun istifadə olunması məqsədilə müvəkkil kredit təşkilatları tərəfindən aparılmış monitorinqlər nəticəlilik və əhatəlilik baxımından tam yetərli olmayıb.
Təhlil zamanı Fond qarşısında öhdəliyi yaranmış müvəkkil kredit təşkilatları üzrə risk dərəcələrini və xüsusi meyar göstəricilərini özündə təfsilatı ilə əks etdirən nəzarət mexanizminin hazırlanmasının, idxal asılılığı olan məhsullar üzrə nümunəvi layihələrin hazırlanaraq sahibkarlara təqdim edilməsi və onun təşviq edilməsi istiqamətində əməli tədbirlərin gücləndirilməsinin vacibliyi qeyd olunub.
Hesablama Palatasının Kollegiyası analitik təhlilin nəticələrini müzakirə edərək aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib və həmin qərar icra üçün İqtisadiyyat və Sənaye Nazirliyinə və SKMF-na göndərilib. (Apa)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi