28-12-2015 [14:56]
Dekabrın 21-dən sonra manatın üzən məzənnəyə keçməsi, dolların qiymətinin qalxması ən çox banklarla bağlı problemləri ortaya çıxardı. Devalvasiyadan sonra insanları düşündürən ən vacib məsələlərdən biri banklardakı kredit və əmanətlərinin taleyidir.
Mia.az anspress-ə istinadən xəbər verir ki, əmanətlərini geri götürmək istəyən insanlara banklar "yox" cavabı verir. Bu isə vətəndaşlarla banklar arasında anlaşılmazlığa səbəb olub. Şikayətçi Eldar Məmmədzadə deyir ki, banklardan birinə yatırdığı əmanəti geri götürmək istəsə də, buna nail ola bilmir.
"Mən 3 ildən çoxdur ki, banka 23 min dollar (35742 AZN) pul qoymuşam. Amma bu il xəstəliyimlə bağlı əməliyyata girməli idim deyə, banka müraciət edib, pulumu geri götürmək istədim. Amma mənə bu gün verərik, sabah verərik deyərək vaxtı uzatdılar. Dollar bahalaşandan sonra isə deyirlər ki, büdcəmizdə həmin məbləği qaytarmaq üçün kifayət qədər pul yoxdur", - deyə şikayətçi bildirdi”.
Məsələ ilə bağlı vətəndaşın əmanət yatırdığı bankla əlaqə saxlasaq da, zəngimizə cavab verən olmadı. Vəkillər kollegiyasının üzvü Əkrəm Həsənov deyir ki, bankların bu addımı vətəndaşların hüququnun pozulmasıdır: "Mülki məcəlləyə əsasən, vətəndaş banka qoyduğu depoziti qoyduğu müddətdən asılı olmayaraq, istənilən vaxt gedib geri götürə bilər. Bank əmanətin dörddə bir hissəsini dərhal, qalanını isə 5 iş günü müddətində geri qaytarmalıdır. Əgər bank pulu geri vermirsə, təbii ki, qanunu pozur. Əgər büdcəsində pul yoxdursa, o, Mərkəzi Banka müraciət etməlidir. Mərkəzi bank müraciət edən bankı etibarlı sayırsa, ona kredit verəcək, yox, əgər etibarlı saymırsa, o zaman lisenziyasını ləğv edərək bankı bağlamalıdır ki, vətəndaşın pulu əmanətlərin sığortalanması fondu tərəfindən ödənilsin", - deyə bank məsələləri üzrə ekspert Əkrəm Həsənov məsələyə aydınlıq gətirdi.
Ümumiyyətlə, ilin sonuna doğru əmanətlərin həcmində azalma müşahidə olunur. Bu, əhalinin banklara inamının azalmasının göstəricisidir. Hazırda fiziki şəxslərin əmanətlərinin 24%-i manatda, qalanı xarici valyutadadır.
Dolların bahalaşmasından sonra isə Banklar Assosiasiyası Nazirlər Kabinetinə təklif təqdim edib. Təklifdə deyilir ki, əhalinin banklarda qorunan əmanətləri üzrə 30 min manatlıq hədd və illik 12% dərəcəsi ləğv edilsin. Əgər bu təkliflər qəbul olunarsa, onda əhalinin banklarda olan bütün pulları 100% qorunmuş olacaq. Fevralda baş verən devalvasiyadan sonra insanlar banklarda olan əmanətlərinin böyük bir hissəsini dollara çevirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi