28-12-2015 [09:37]
Bəzən mağazalarda malların vitrindəki qiyməti ilə kassadakı qiymətləri uyğun gəlmir. Vitrindəki qiymət ucuz olsa da kassada bunun əksini müşahidə etmək olur. Bu problem marketlərdə alıcılarla satıcılar arasında ən çox rast gəlinən mübahisə mövzusudur.
Bu cür hallar dəfələrlə baş verib. Lakin manatın devalvasiyasından sonra bu cür hallara daha çox rast gəlinir.
Hazırda marketlərdə olan bütün malların qiymətində artım var. Bəzi marketlər ucuz qiymətlərlə alıcı cəlb etməyə çalışırlar. Lakin bu zaman müştəriləri aldadırlar. Vitrindəki qiymətlərlə kassadakı qiymətlər uyğun gəlmir. Bunu isə diqqətli olan, malı aldıqdan sonra qəbzdəki qiymətlə tutuşduran alıcılar aşkar edə bilir.
Marketlər bunun izahı kimi deyirlər ki, qiymətlər dəyişdiyindən bu cür yanlışlığa yol verilib. Market sahibləri bunu sırf texniki problemlə izah edirlər. Amma bütün hallarda alıcı maddi zərər görmüş olur.
Mia.az musavat.com-a istinadən xəbər verir ki, belə hallardan biri də "Favorit" marketdə baş verib. Vitrində qiyməti 16,56 manat olan yağın kassadakı qiyməti 20,29 manatdır.
Bu cür halla rastlaşan müştəriyə market əməkdaşları belə cavab verib: "Qiymət artımından sonra malın qiymətini vitrində dəyişməmişik".
Lakin market əməkdaşlarının bu dediyini yalanlayan sübut elə vitrindəki qiymətin üzərində olan tarixdir. Həmin tarix 22 dekabrı, yəni devalvasiyadan bir gün sonranı göstərir. Bu o deməkdir ki, malın yeni qiyməti devalvasiyadan sonra vurulub. Müştəri pulunun qaytarılmasını istəsə də ondan artıq alınan 3,73 manat qaytarılmayıb.
Bəs belə olan halda müştəri nə etməlidir?
İqtisadçı ekspert Qadir İbrahimli deyir ki, belə olan halda alıcı ən aşağı qiyməti ödəyərək istədiyi malı almalıdır: "Müştəri marketdə malların çeşidlərinə baxır və öz büdcəsinə uyğun qiymətdə olan malı seçir. Alıcı əlbəttə ona sərf edən qiymətdə olan malı almaq istəyir. Və belə halla rastlaşan alıcı ən ucuz qiyməti ödəməlidir".
Ekspert bu cür hallarla rastlaşan alıcıları müvafiq qurumlara müraciət etməklərinin vacib olduğunu bildirdi: "Bu istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasıdır. Manatın devalvasiyasından sonra bəzi marketlər alıcılara göstərmək istəyirlər ki, guya onlarda qiymət artmayıb. Ancaq mallarını baha qiymətə satırlar. Buna görə də vitrindəki qiymətlə, kassadakı qiymət fərqli olur. Belə olan halda alıcı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməlidir. Bu sırf həmin ticarətçilərin spekulyasiyasıdır".
Qeyd edək ki, dövlət xidmətinin çağrı mərkəzi ilə bu nömrə ilə əlaqə yaratmaq olar: 195-2


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi