İşbazlar iş başında: Manatın məzənnəsinin kəskin enməsi gözlənilmir

img

27-12-2015 [21:07]


"Manatın məzənnəsinin kəskin dəyişəcəyi gözlənilmir"

Bəzi işbazlar tərəfindən Azərbaycan manatının məzənnəsinin kəskin dəyişəcəyinə dair əsassız və doğru olmayan şayiələr yayılıb.

Azərbaycan Banklar Assosiasiyasının İcraçı direktorluğundan Trend-ə bildiriblər ki, bankların kifayət qədər xarici valyuta likvidliyinin olduğunu və müştərilərin xarici valyutaya olan tələblərinin tam yerinə yetirməsinə imkan verildiyini bildirir.

Belə şayiələrin əsassız olduğunu və müəyyən işbazların maraqlarına xidmət etdiyini, Azərbaycan manatının məzənnəsinin kəskin dəyişəcəyinin gözlənilmədiyini nəzərə çatdırır və əhaliyə bu şayiələrə inanmamağı tövsiyə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA