Devalvasiya Ziya Məmmədovu da «vurdu»: Nazir evlərindəki xidmətçiləri ixtisar etməyə başlayıb

img

26-12-2015 [12:47]


Manatın devalvasiyası aşağı təbəqədən olan insanlarla yanaşı, oliqarx məmurlara də ciddi şəkildə təsir edib.

Mia.az xəbər verir ki, «unikal.org»a daxil olan məlumata görə, budəfəki devalvasiya Nəqliyyat naziri Ziya Məmmədovu da «vurub». Bu barədə nazirə yaxın şəxslərdən əldə etdiyimiz məlumata görə, Z.Məmmədov da artıq ixtisarlara başlayıb. Məlumatlı şəxs deyib ki, nazir Bakı şəhərinin mərkəzində, Teymur Əliyev küçəsindəki villada, Şüvəlanda və Bilgəhdəki bağ evlərində, eləcə də oğlu Anar Məmmədovun və özünün Qəçreşdəki villalarında çalışanları ixtisar edir.

Qeyd edək ki, nazirin evlərində ən azı bir neçə qulluqçu, iki bağban, iki nəfər texniki işlərə nəzarət edən, bir nəfər sürücü çalışırdı. Özü də onların hər biri yüksək məvacib alırdılar. Amma devalvasiya naziri bütün evlərindəki xidmətçilərinin sayını azaltmağa məcbur edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA