Rektor qərar verdi: müəllimlərin maaşı qalxdı

img

26-12-2015 [12:18]


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən Elmi Şuranın iclasında inzibati işçilərin ştat cədvəli müzakirə edilib və onların əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edilib.

Bu barədə Mia.az-a universitetdən məlumat daxil olub.

Yeni ştat cədvəli layihəsinin təsdiqlənməsindən sonra inzibati, tədris köməkçi və xidmətedici heyətlər üzrə əmək haqqı 10 faiz artırılıb. Qərardan sonra 700-dən çox əməkdaşın vəzifə maaşında artım olub. Qərar müvafiq olaraq, universitetin şöbə, mərkəz və departamentlərində çalışan əməkdaşlara da şamil olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA