Daha bir MTN generalı həbs olundu - Yenilənib

img

25-12-2015 [19:54]


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev həbs edilib.

Mia.az xəbər verir ki, bu barədə apa-ya Səbail rayon Məhkəməsindən məlumat verilib. Məlumata görə, E. Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, MTN ətrafında baş verən hadisələrdən sonra MTN-in Antiterror Mərkəzinin rəisi general-mayor Elçin Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib.

**** 

Əldə olunan məlumata görə, hazırda E.Quliyevə məxsus bütün mənzillərdə axtarış əməliyyatları aparılır.

Qeyd edək ki, bir müddət öncə Bakı İstintaq Təcridxanasında intihar etmiş sabiq MTN-çi İlqar Əliyev E.Quliyevin müavini olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA