Prezident Xəzər rayonunda açılışında

img

25-12-2015 [17:37]


Azərbaycan prezidenti İlham Əliyev Xəzər rayonunda 110 kilovoltluq "Buzovna-2”, 35 kilovoltluq "Sarıqaya”, "Fatmayı”, "Məhəmmədli”, eləcə də 221, 219, 86 və 87 saylı yarımstansiyaların açılışlarında iştirak edib.

"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlət başçısına məlumat verib ki, 110/35/10 kilovoltluq "Buzovna-2” yarımstansiyası 110/10 kilovoltluq "Buzovna dartı” yarımstansiyasının yerində inşa olunub.
"Buzovna-2” yarımstansiyası Buzovna, Zuğulba, Albalılıq qəsəbələrini, bir sıra dövlət əhəmiyyətli qurumları, həmçinin istirahət, turizm, tibb və digər obyektləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edir. Yarımstansiyada hər birinin gücü 40 meqavoltamper olan transformatorlar quraşdırılıb.
Dövlət başçısına animasiya, sxemlər, dron çəkilişlər, qrafiklər və digər əyani vasitələr əsasında paytaxtda və regionlarda görülən işlər barədə də məlumat verilib.
Sonra prezident İlham Əliyevə açılışı olan 35 kilovoltluq yarımstansiyalar barədə məlumat verilib. Dövlət başçısı "Buzovna-2” yarımstansiyasını işə salıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA